main-post-cover

    Çin şirkəti 'Didi' bu dəfə 'Uber'in rəqibi 'Taxify'a investisiya etdi!

    01.08.2017
    Farid Pardashunas
    "Uber"in Çin bazarındakı hakimiyyətini qısa zamanda məhv edən və çox mühüm böyümə qət edən maşın paylaşım firması "Didi" bu dəfə qlobal gücünü daha da artırmaq məqsədilə Avropa Şimali Afrika regionunda fəaliyyət göstrən və "Uber qatili" adlandırılan Eston firması "Taxify"a investisiya edib. 
    İnvestisiyanın tam məbləği hələ ki, rəsmi olaraq açıqlanmasa da "Techcrunch"a yaxın olan məbələrin məlumatına görə investisiyanın həcmi 8 rəqəmli AŞB dollarıdır. 
    Estoniya mərkəzli "Taxify", "Uber"lə Azərbaycan bazarında da rəqabət aparır.  Hal hazırda Macarıstan, Rumuniya, Cənubi Afrika, Nigeriya, Keniya ilə yanaşı 18 ölkədə fəaliyyət göstərən "Taxify"ın 2.5 milyona yaxın istifadəçisi mövcuddur.
    "Uber"in öz ölkəsində hökmranlığına son verən "Didi" isə qlobal miqyasda öz çevrəsini genişləndirir. "Uber"in Çindəki biznesini əlindən alan "Didi", bununla yanaşı Hindistanda "Ola", Cənub-Şərqi Asiyada "Grab", Cənubi Amerikada "Brasil 99"a investisiya etməklə qlobal bir imperiya qurmağa hazırlaşır. Bu regionlar arasına indi Avropanı da qata bilərik. "Didi"nin "Taxify"a investisiya etməsi artıq Avropa bazarında "Uber"i narahat edə bilər.
    "Didi" CEO-su Cheng Wei, bu investisiyaların uzun müddətli strateji planın bir parçası olduğunu və əsas məqsədin Avropa, Asiya və Afrikanın nəqliyyat sahəsinin birbirilə əlaqəli olmasına kömək olduğunu dilə gətirib.
    Çindəki müxtəlif servisləri ilə 400 milyon istifadəçiyə sahib olan "Didi", "Taxify"a öz regionunda daha ağıllı xidmətlər təklif etməsinə şərait yaradacaq.
    Linki kopyala