main-post-cover

    Çində 1 milyard dollara qiymətləndirilən təhsil sahəsində startap yaradılıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    31.05.2017
    Emil Nəcəfov

    Çində ilk dəfə 1 milyard dollara qiymətləndirilən təhsil sahəsində startap yaradılıb.

    Bir sıra proqnozlara əsasən 2018-ci ildə Çində online təhsil bazarı 30 milyard dollar təşkil edəcək. 2020-ci ildə isə bütün STEM (science, technology, engineering, mathematics) araşdırmaların 37%-i Çində həyata keçiriləcək. Sözügedən startap, Yuanfudao adlanır. Onun qiymətləndirilməsi 1 milyarddan bir qədər çox təşkil edir. Bu həftə isə o, 120 milyon dollar investisiya əldə etdi. Startapın yaratdığı 3 tətbiqdə ümumilikdə 160 milyon istifadəçi qeydiyyatdan keçib. Təhsil sahəsində fəaliyyət göstərən startaplar bir çox çətinliklərlə qarşılaşırlar. 2015-ci ildəki statistikalara əsasən onlardan yalnız 5%-i gəlir əldə etməyə başlayıb. Yüzlərlə digər layihələr isə bağlanmalı olublar. Mütəxəssislərin fikrincə bir neçə ildən sonra online təhsil sahəsində Çin, ABŞ-ı geridə qoyacaq. 2020-ci ildə isə ölkədə mobil təlim bazarı 38 milyard dollar təşkil edəcək. Mütəxəssislərin fikrincə təhsil texnologiyalarına investisiya yatırmaq ən yaxşı ideyalardan biridir. 2015-ci ilin 4-cü rübündə təhsil üzrə texnologiyalar yüksək miqdarda investisiyalar əldə etmişdir. Lakin buna baxmayaraq online təhsil sahəsi hələki digər gəlirli sahələrdən geridə qalır.
    Linki kopyala