main-post-cover

    Çinin Geely avtomobil istehsalçısı Meizu smartfon brendini almağı planlaşdırır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    24.01.2022
    Farid Pardashunas
        Çinin Geely adlı avtomobil istehsalçısı smartfon bazarına daxil ola bilər. Qeyd etmək lazımdır ki, bu avtomobil istehsalçısı Lotus, Volvo Polestar avtomobil brendlərinə sahibdir. Çinin kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Geely şirkəti Meizu smartfon brendini almağı planlaşdırır. Məlumatda qeyd edilib ki, hal hazırda bu iki şirkətin birləşməsi üzrə hazırlıqlar gedir. Əgər hər şey yolunda getsə, Geely ilk smartfonlarını gələn il satışa çıxartmağı hədəfləyib. Qeyd etmək lazımdır ki, Geely artıq uzun müddətdir ki, smartfon bazarını izləyir və bu istiqamətdə Xingji Times adlı təşkilatını yaradıb. Şirkət həmçinin Xiaomi, ZTE OPPO kimi brendlərdən olan bəzi mütəxəssisləri də özünə tərəf çəkə bilib.
        Verilmiş məlumata əsasən Geely öz yeni biznesinə artıq 10 milyard dollar investisiya yatırıb. Bura Meizu-nun alınması üçün nəzərdə tutulmuş potensial xərclər daxil deyil. Bundan əlavə olaraq şirkət öz smartfonlarının istehsalı ilə məşğul olacaq partnyor axtarışındadır və çox güman ki, bu rolda Foxconn şirkəti çıxış edəcək. Lakin bu sahədə fərdi cihazların layihələşdirilməsi, tədqiqatı və yaradılması birbaşa Geely tərəfindən reallaşdırılacaq. Meizu-nun alınması isə məhz bu məqsədlər üçün nəzərdə tutulub. Hal hazırda Meizu il ərzində 1 milyondan bir qədər az sayda smartfon istehsal edir. İllər əvvəl isə bu göstərici 20 milyon smartfon təşkil edirdi. Meizu-nun bu müddət aralığında qarşılaşmış olduğu problemlər arasında uğursuz şirkət marketinqi və məhdud istehsalat gücləri olublar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər