
Confido adlı blockchain startap ICO vasitəsilə pul yığandan sonra aradan çıxdı
Startup və Biznes
21.11.2017
Farid
ICO sayəsində 374.000$ vəsait əldə etmiş Confido adlı startap şəbəkədən yoxa çıxıb.
Bu barədə The Next Web saytı xəbər verib. Bu layihə
investorlara ağıllı müqavilələrin və çatdırılmanın izlənməsindən istifadə edərək
təhlükəsiz bir ranqlı tranzaksiyaları investoralara təklif edirdi. 19 Noyabr
tarixində isə investorlar aşkar etdilər ki, layihənin saytı işləmir. Bundan əlavə
olaraq layihənin Facebook, Twitter, Reddit və Medium saytlarındakı səhifələr də
yoxa çıxıb.
Confido-nun təmsilçisi Reddit saytında ismarıc dərc etmişdi. Həmin
ismarıcda o etiraf edib ki, şirkətdə baş verənləri hal hazırda açıqlaya bilmir.
Həmin vaxtda Medium saytında Confido-nun qanunla olan qəliz problemləri barəsində
elan yayıldı. Güman olunur ki, həmin yazını Confido-nun təsisçilərindən biri
olan Joost van Doorn yazıb. Onu şəbəkədə LinkedIn səhifəsi vasitəsilə tapmaq
olardı. Lakin həmin səhifə artıq LinkedIn-dən silinib.

Reddit istifadəçiləri isə
Confido-nun komandasını tapmağa çalışıblar. Lakin axtarış nəticəsində onlar
yalnız saxta LinkedIn səhifələri aşkar ediblər. 4chan adlı istifadəçilərdən
biri Confido-nun bağlanmasından iki gün öncə özəl istintaq aparmış və aşkar
etmişdi ki, komandanın bütün səhifələri saxtadır. Bunu biləndən sonra o,
Confido-nun bütün tokenlərini satmışdır. 20 Noyabr tarixinə olan məlumata əsasən
Confido-nun qiyməti 95% aşağı düşüb və bir tokenin qiyməti 0.03$ təşkil edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
