Daşdan kağız istehsal edən startap
Tech-Biznes
Startup və Biznes
e-ticaret
19.06.2017
Farid Pardashunas
Yaponiyanın “TBM” şirkəti, əhəng daşından Limex brendi altında kağız istehsal edən zavodu istifadəyə verib.
Şirkətin əsas məhsulu isə yüksək keyfiyyətli və dözümlü
vizit kartlarıdır. “TBM” şirkətinin CEO-su Nobuyoshi Yamasaki, 15 yaşında məktəbi
atmış və fəhlə işləmişdir. Daha sonra isə o, işlənmiş avtmobillərin satışı ilə
məşğul olmuş şirkət yaratmışdı. Günlərin birində Avropada olan zaman o, əsrlərlə
qalmış köhnə binalardan heyran olmuşdur. “Mən, sahibkarlıq karyeramı özümdən
sonra yüzlərlə il fəaliyyət göstərəcək bir şirkət buraxaraq bitirmək istədim” –
deyə Yamasaki öz müsahibəsində bildirib. 2008-ci ildə o öyrəndi ki, Tayvanda
daşdan kağız istehsal edən texnologiya yaradılıb. Bunu biləndən sonra o bunun
üzərindən biznes qurmaq qərarına gəldi. Sözügedən şirkətin əsas məhsulu,
Yaponiyada çox məşhur olan vizit kartlarıdır. Lakin həmin vizit kartlar adi
kağız üzərində deyil, əhəng daşından hazırlanmış Limex adlı xüsusi kağızın üzərində
çap olunurlar. Sözügedən vizit kartının səthi parlaqdır. O, suyu canına çəkmir,
onu çırmaq və ya əzmək çox çətindir və onun üzərini hətta suyun altında da
yazmaq mümkündür.
Bu kağız növünün istehsalı ilə məşğul olan zavod hələ
2015-ci ildə fəaliyyətə başlamışdı. Lakin əhəng daşından əldə olunan ilk kağız
yalnız keçən ilin yay fəslində istehsal olunmağa başlandı. Hal hazırda isə “TBM”,
“Sushiro Global Holdings” şirkətinin sahib olduğu suşi restoranlar şəbəkəsi
üçün dözümlü menyuların hazırlanması müqaviləsinə sahibdir. Yamasaki-nin
fikrincə onun bu texnologiyası, təbiəti qorumağa yardımçı olacaq. Adətən kağız
istehsalı üçün minimum 20 ağac kəsirlir. Lakin bu şirkət, kağız istehsalı üçün
1 tondan az əhəng daşı və mənbəsi demək olar ki, tükənməyən poliolefinin 200
kq-nı sərf edir. Bundan əlavə olaraq adi kağızın istehsal olunmasına 1 tona
yaxın su sərf olunduğu hada, Limex-in istehsalı üçün ümumiyyətlə su lazım
deyil. 2030-cu ilə kimi bu növ kağıza tələbatın 2 dəfə artacağı gözlənilir.
Yamasaki, Marokko və Kaliforniya kimi əhəng daşı mənbələrinin çox olduğu yerlərdə
yüzlərlə zavodu istifadəyə verməyi planlaşdırır. 9 milyon dollardan bir qədər
çox investisiya cəlb etmiş “TBM” şirkətində hal hazırda 80 nəfər insan çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!