Reklam
Daşdan kağız istehsal edən startap

Daşdan kağız istehsal edən startap

Startup və Biznes
19.06.2017 PAYLAŞIM

Yaponiyanın “TBM” şirkəti, əhəng daşından Limex brendi altında kağız istehsal edən zavodu istifadəyə verib.

Şirkətin əsas məhsulu isə yüksək keyfiyyətli və dözümlü vizit kartlarıdır. “TBM” şirkətinin CEO-su Nobuyoshi Yamasaki, 15 yaşında məktəbi atmış və fəhlə işləmişdir. Daha sonra isə o, işlənmiş avtmobillərin satışı ilə məşğul olmuş şirkət yaratmışdı. Günlərin birində Avropada olan zaman o, əsrlərlə qalmış köhnə binalardan heyran olmuşdur. “Mən, sahibkarlıq karyeramı özümdən sonra yüzlərlə il fəaliyyət göstərəcək bir şirkət buraxaraq bitirmək istədim” – deyə Yamasaki öz müsahibəsində bildirib. 2008-ci ildə o öyrəndi ki, Tayvanda daşdan kağız istehsal edən texnologiya yaradılıb. Bunu biləndən sonra o bunun üzərindən biznes qurmaq qərarına gəldi. Sözügedən şirkətin əsas məhsulu, Yaponiyada çox məşhur olan vizit kartlarıdır. Lakin həmin vizit kartlar adi kağız üzərində deyil, əhəng daşından hazırlanmış Limex adlı xüsusi kağızın üzərində çap olunurlar. Sözügedən vizit kartının səthi parlaqdır. O, suyu canına çəkmir, onu çırmaq və ya əzmək çox çətindir və onun üzərini hətta suyun altında da yazmaq mümkündür.

Bu kağız növünün istehsalı ilə məşğul olan zavod hələ 2015-ci ildə fəaliyyətə başlamışdı. Lakin əhəng daşından əldə olunan ilk kağız yalnız keçən ilin yay fəslində istehsal olunmağa başlandı. Hal hazırda isə “TBM”, “Sushiro Global Holdings” şirkətinin sahib olduğu suşi restoranlar şəbəkəsi üçün dözümlü menyuların hazırlanması müqaviləsinə sahibdir. Yamasaki-nin fikrincə onun bu texnologiyası, təbiəti qorumağa yardımçı olacaq. Adətən kağız istehsalı üçün minimum 20 ağac kəsirlir. Lakin bu şirkət, kağız istehsalı üçün 1 tondan az əhəng daşı və mənbəsi demək olar ki, tükənməyən poliolefinin 200 kq-nı sərf edir. Bundan əlavə olaraq adi kağızın istehsal olunmasına 1 tona yaxın su sərf olunduğu hada, Limex-in istehsalı üçün ümumiyyətlə su lazım deyil. 2030-cu ilə kimi bu növ kağıza tələbatın 2 dəfə artacağı gözlənilir. Yamasaki, Marokko və Kaliforniya kimi əhəng daşı mənbələrinin çox olduğu yerlərdə yüzlərlə zavodu istifadəyə verməyi planlaşdırır. 9 milyon dollardan bir qədər çox investisiya cəlb etmiş “TBM” şirkətində hal hazırda 80 nəfər insan çalışır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×