
"Influencer Marketing" platforması olan "Keepface.com" Dubayda erkən toxum mərhələsində BƏƏ mərkəzli özəl fond tərəfindən 300.000 ABŞ dolları həcmində investisiya əldə edib. İnvestisiya əldə etməmişdən öncə Dubay mərkəzli startapın dəyərləndirməsi təxminən 2.000.000 ABŞ dolları olaraq hesablanmışdı.
24 Yanvar tarixində imzalanan investisiya müqaviləsinə əsasən Keepface mövcud investisiya ilə platformanı daha da inkişaf etdirəcək və xidmət sahəsini genişləndirəcək.
NES 30 yaşını qeyd edir!
Məlumat üçün qeyd edək ki, Keepface - Türkiyə, İran, Mərkəzi Asiya və Qafqaz regionunda fəaliyyət göstərən Azərbaycan startapıdır.
Keepface - sosial medianın məşhur simaları (influencer-ləri) və brendləri bir araya gətirən avtomatlaşdırılmış platformadır. Bu platforma vasitəsilə influenser qismində qeydiyyatdan keçməklə, müxtəlif brendlərin reklamlarının paylaşılmasın üçün təkliflər ala bilərsiniz. Keepface, bir növ, "influencer"lər və şirkətlər arasında vasitəçilik etməklə "marketplace" rolunu oynayır.
Hələ ötən ilin iyul ayında Keepface, Dubay mərkəzlərinin açıldığını elan etmişdi. İlkin olaraq startap Dubayda yerləşən "AstroLabs" akselerasiya mərkəzinə qəbul olmuşdu.
Şərh yoxdur