main-post-cover

    Dünyaca məşhur spikerlər “InMerge İnnovasiya Sammiti”ndə görüşəcək!

    Startup və Biznes
    12.10.2023
    Emil Nəcəfov
         “PAŞA Holding”in təşkilatçılığı ilə 30 noyabr və 1 dekabr tarixlərində baş tutacaq “InMerge İnnovasiya Sammiti” texnologiya, startap və bir çox biznes sahələri ilə maraqlanan şəxslər üçün əla fürsətdir! Çünki tədbir sözügedən sahələrdə uğur qazanmış spikerləri, həmçinin startapları və investorları bir araya toplamaq, onlarla fikir mübadiləsi aparmağı hədəfləyir. Başqa sözlə desək, sammit regionun innovativ ekosistemini zirvələrə daşımaq üçün xeyli addımlar atır.
         Qeyd etdiyimiz kimi, dünyaca məşhur spikerlər “InMerge İnnovasiya Sammiti”ndə çıxış edəcək, sualları cavablandıracaq və ən əsası dəyərli təcrübələrini bölüşəcəklər. Bəs bu spikerlər siyahısına kimlər daxildir? Belə ki, tədbirdə “Tesla” şirkətinin həmtəsisçisi JB Straubel, “Apple”ın qurucu ortağı Steve Wozniak, “Shazam”ın qurucusu Chris Barton və dünyanın müxtəlif ölkələrindən rəhbər şəxslər iştirak edəcəklər.
         İnnovasiya dedikdə ağıla gələn startaplar və investorlar da sammitdə fərqlənmək şansı əldə edəcəklər. Startap sahibi olan innovatorlar burada ideyalarını minlərlə insana təqdim edəcək, mükafalar qazanacaq, hətta investisiya əldə etmək şansına sahib olacaqlar. Artıq tədbirə Türkiyə, Gürcüstan və regionun bir neçə ölkəsindən startaplar qoşulub.
         Hazırda “InMerge İnnovasiya Sammiti”nə biletlər 50 % endirimlə təqdim olunur. Daha çox məlumat əldə etmək və bilet almaq üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bennu adlı asteroidin nümunələrində su aşkar edilib
    bennu-adli-asteroidin-numunelerinde-su-askar-edilib
    iPhone-larda gecə vaxtı bir neçə saatlıq öz-özünə sönmə problemi yaşanıb
    iphone-larda-gece-vaxti-bir-nece-saatliq-oz-ozune-sonme-problemi-yasanib
    Huawei gələn il P70 flaqman smartfon seriyasını təqdim edəcək
    huawei-gelen-il-p70-flaqman-smartfon-seriyasini-teqdim-edecek
    Samsung Galaxy S24+ smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-s24-smartfonu-geekbench-testlerinden-kecib
    Snapdragon X prosessorları rahatlıqla Apple M2-ni geridə qoyurlar
    snapdragon-x-prosessorlari-rahatliqla-apple-m2-ni-geride-qoyurlar