Dünyanın 37 ölkəsinin iştirak etdiyi, Azərbaycanın ilk dəfə qoşulduğu ClimateLaunchpad proqramının ölkə finalına sayılı günlər qalıb

Dünyanın 37 ölkəsinin iştirak etdiyi, Azərbaycanın ilk dəfə qoşulduğu ClimateLaunchpad proqramının ölkə finalına sayılı günlər qalıb

03.08.2017 PAYLAŞIM

Azərbaycan üzrə ClimateLaunchpad müsabiqəsində iştirak edən 13 startap  komandası 5 avqustda keçiriləcək ölkə finalında mübarizə aparacaqlar. Qalib olan 3 komanda 7-18 oktyabr  2017-ci ildə Kiprin Limasol şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. 

May ayından başlayaraq davam edən 10 sessiyalıq intensiv təlimlərdən və mentorluqsessiyalarından sonra startap komandaları milli finalda jürilərin qarşısında yarışacaqlar. 


Dünyanın ən böyük "yaşıl" biznes ideya müsabiqəsi olan ClimateLaunchpad proqramının ölkəmizdəki  rəsmi tərəfdaşı “Social Innovation Lab”dır. Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən proqramın “qızıl sponsoru” – əsas tərəfdaşı AMEA Yüksək Texnologiyalar Parkı, “bürünc sponsoru” - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir. 

Proqramın rəsmitərəfdaşları “SUP Accelerator”, “NEXT STEP Innovation Center”, Bakı Mühəndislik Universiteti, “BEU Technopark”, “Global Startup Hub”, “Edumap.az” və “Technote” qurumlarıdır!

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Azərbaycanı 3 startap layihəsi təmsil edəcək.  1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaq. Akselerator proqramında hər bir layihəyə üç mərhələdə  95,000 avro maliyyə dəstəyi verilir. 

Ölkə finalı 5 avqust 2017-ci ildə saat 09:30-da AMEA Mərkəzi Elmi Kitabxanasının binasında baş tutacaq. Mükafatlandırma mərasimi isə 13:00-da keçiriləcək. 

Tədbirdə iştirak etmək istəyənlər aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Yerlər məhduddur. 



DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×