
Einride adlı startap özünün elektriklə çalışan və tamamilə avtopilot olan yük maşınını təqdim etdi
Startup və Biznes
05.07.2017
Emil
İsveçdə fəaliyyət göstərən Einride adlı startap özünün hazırladığı elektrikli və tamamilə avtopilotla çalışan yük maşınının prototipini təqdim etdi.
Startapın hazırladığı T-pod adlı elektrikli yük maşını, şəhər
mühitində fəaliyyət göstərən digər yük maşınlarını əvəz edəcək. T-pod,
avtopilot özəlliyindən əlavə olaraq uzaqdan idarə sistemi ilə də təchiz olunub.
Onun batareyası saatda 200 kilovat enerji tutma həcminə sahibdir. Bu isə 200 km
yol üçün kifayət edir. Sözügedən yük maşını futuristik dizayna sahibdir və o
sıfırdan hazırlanıb. T-pod sıfırdan hazırlananda artıq nəzər alınmışdı ki, onun
üçün sərnişin yeri nəzərdə tutulmayacaq. Belə ki, yük maşını, avtopilot və
uzaqdan idarəetmə sisteminə sahib olduğu üçün ona sürücü lazım deyil. Məhz
buna görə T-pod, sərnişinlər üçün nəzərdə tutulmuş hissəsiz yaradılıb. Onun
yerinə isə müxtəlif yüklərin yerləşdirilməsi üçün əlavə yer yaradılıb. T-pod-un
200 ədəd sayı, 2020-ci ildə bazara çıxacaq. Onlar İsveçin 2 şəhəri üzrə fəaliyyət
göstərəcəklər. Yollarda həmçinin bu yük maşınını şarj etmək üçün xüsusi şarjetmə
məntəqələri də inşa ediləcək. Şirkətin verdiyi məlumata əsasən onun yük
maşınları il ərzində pallet vasitəsilə 2 milyona yaxın müxtəlif yükləri
daşıyacaq. Uzaqdan idaetmə sistemi vasitəsilə bu yük maşınlarını daha tez bir
zamanda istifadəyə vermək mümkün olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
