Elon Musk barəsində yeni istintaqa start verilib

Elon Musk barəsində yeni istintaqa start verilib

Startup və Biznes
26.02.2021 PAYLAŞIM

    ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) Elon Musk-ın Dogecoin adlı kriptovalyuta barəsindəki tweet-lərindən sonra istintaqa start verib. Son zamanlarda Dogecoin dəfələrlə Musk-ın tweet-lərində əsas mövzuya çevrilmişdi. İlk öncə Musk öz Twitter hesabında Falcon 9 raketinin fotosunu Doge yazısı ilə paylaşmışdı. Həmin paylaşımdan sonra Dogecoin-in qiyməti kəskin şəkildə qalxmışdı. Həmin vaxta kimi isə sözügedən kriptovalyuta geniş kütlə arasında o qədər də məşhur deyildi. Daha sonra Musk bu kriptovayutaya sahib olan insanlara müraciət edərək onların Dogecoin-ləri satmalı olduqlarını bildirmişdi.

    İndi isə məlum olub ki, SEC bu hadisə ilə maraqlanacaq. Kütləvi informasiya vasitələri dəfərlərlə Musk-ın SEC-ə olan münasibətlərini qeyd ediblər. Məsələn CNBC saytının sözlərinə əsasən Musk bu komissiyanın qısaldılmış adını bu cür izah edir: Shortseller Enrichment Commission (Qısa mövqeləri saxlayanları zənginləşdirən komissiya). Məlumata əsasən Musk-ın SEC-ə qarşı olan bu cür münasibəti bir neçə il bundan öncə komissiyanın onu dələduzluqda günahlandırmasından sonra yaranıb. Həmin hadisə nizamlansa da görünür, Musk SEC-dən acıqlı qalıb


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yerli startup WHELP 'Techstars Toronto 2021' proqramına vəsiqə qazanıb

2017-ci ildən fəaliyyətə başlayan Whelp startup-ı “Techstars Toronto 2021” proqramına vəsiqə qazanıb..


Tim Cook Apple şirkətindən ayrılma barəsində danışıb

Apple şirkətinin CEO-su Tim Cook öz vəzifəsindən getmək barədə düşünür. Onun sözlərinə əsasən o, şir..


LG rəsmi şəkildə öz mobil biznesinin bağlandığını elan edib

LG Electronics şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan edib.


2020-ci ilin yekunlarına əsasən MediaTek şirkəti Qualcomm-u geridə qoyub

Omdia adlı müstəqil analitik şirkət 2020-ci ilin yekunlarına əsasən elan edib ki, MediaTek şirkəti i..


Tesla elektromobillərini artıq bitcoinlə almaq mümkündür

Elon Musk öz Twitter hesabında Tesla elektromobillərini artıq bitcoin ilə almaq imkanının işə salınd..


Microsoft şirkəti Discord-u 10 milyard dollara ala bilər

Discord Inc. şirkəti potensial alıcılar ilə danışıqlar aparır. Bu məsələyə ən böyük maraq göstərən i..

×