main-post-cover

    Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    13.05.2021
    Emil Nəcəfov
        Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib. Bu barədə məlumatı Elon Musk öz Twitter hesabında bildirib. Onun bu məsələ barədə tweet-i bitcoinin bazardakı qiymətinə çox ciddi şəkildə təsir göstərib. Musk-ın sözlərinə əsasən bitcoindən istifadə Tesla şirkətinin ekoloji məqsədlərinə ziddir. O bildirib ki, mayninq prosesi ekoloji təmiz enerji mənbəyinə keçid edəndən sonra Tesla elektromobillərinin alışı zamanı bitcoin yenidən ödəniş vasitəsi kimi qəbul ediləcək.
        Musk-ın bu tweet-dən 15 dəqiqə sonra bitcoinin qiyməti 54.829$-dan 52.593$-a enib. Beləliklə dünyanın ən məşhur kriptovalyutası 15 dəqiqə ərzində öz bazar dəyərinin 4%-ni itirib. Daha sonra onun qiyməti 50.800$-a düşüb. Hal hazırda Tesla şirkəti daha az enerji sərfiyyatına sahib digər rəqəmsal aktivləri analiz edir. Mütəxəssislərin hesabatlarına əsasən illik bitcoin mayninqinə sərf olunan enerji miqdarı Niderlandın enerji sərfiyyatına bərabərdir. Bitcoin mayninqi öz arxasında böyük CO2 izi buraxır. Bu isə öz növbəsində ətraf mühitə mənfi təsir göstərir.
        Bu cür hal Tesla şirkətinin daimi yaşıl enerji mənbələrindən istifadə konsepsiyasına uymur. Bundan əlavə olaraq Musk-ı ən çox narahat edən hallardan biri də odur ki, hal hazırda enerji istehsalı üçün hələ də külli miqdarda kömürün yandırılması prosesindən istifadə olunur. Elon Musk bildirib ki, Tesla bir neçə müddət bundan öncə əldə etmiş olduğu 1.5 milyard dollar dəyərində bitcoinlərini hələ satmayacaq. Belə ki, kriptovalyuta mayninqi ekoloji təmiz enerjinin hesabına yerinə yetirilməlidir.
    Linki kopyala