
Elon Musk-ın, beyin ilə kompüteri birləşdirəcək Neuralink adlı startapı, 27 milyon dollar investisiya aldı
Startup və Biznes
27.08.2017
Emil
Elon Musk-ın, beyin ilə kompüter arasında neyrointerfeys üzərində çalışan Neuralink adlı startapı, 27 milyon dollar investisiya cəlb edib.
Müqavilənin digər maliyyə tərəfləri haqqında heç bir məlumat
yoxdur. Lakin məlumdur ki, investisiya raundunda 12 investor iştirak edib. Bu
barədə xəbəri ilk verən, The Wall
Street Journal-ın jurnalisti Rolfe Winker verib. O bu xəbəri öz Twitter hesabında paylaşıb.
Bununla yanaşı onun sözlərinə əsasən investisiya raundu hələ də davam edir. Winker-in
tweet-nə Musk özü şəxsən cavab verib və bildirib ki, şirkət, investor
axtarışında deyil. Lakin digər jurnalistlər belə bir nəticəyə gəliblər ki,
Musk, bu startapa öz cibindən vəsait yatırıb və ya digər investorların vəsaitləri
paylaşdırılıb. Qeyd etmək lazımdır ki, Neuralink, 2016-cı ildə təsis edilib və
implantlaşdırma üçün nəzərdə tutulmuş neyrokompüter interfeyslərini yaratmaqla
məşğuldur. Musk-ın sözlərinə görə bu startap, ciddi travmaların və beyin
patologiyaların həlli üçün insan beyninə elektronların yeridilməsi ilə məşğul
olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
