main-post-cover

    Elon Musk-ın qardaşı Kimbal Musk, kənd təsərrüfatı sahəsində inqilab etməyə hazırlaşır (VİDEO)

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.08.2017
    Emil Nəcəfov

    Square Roots, ənənəvi biznes inkubator deyil. Müxtəlif sahələrdə olan professionalların yerinə o, fermerləri, fermerlər isə öz növbəsində qida məhsullarını yetişdirir.

    Bu layihədə iştirak edən şəxslər, sahibkarlardır. Lakin masa arxansında oturub hansısa cihazı və ya mobil tətbiqi yaratmaq əvəzinə onlar, şəhər şəraitində olan metal konteynerlərin daxilindəki xüsusi fermalarda qida məhsulları yetişdirirlər. Sözügedən layihə, 1 il bundan öncə Bruklində, Kimbal Musk (Elon Musk-ın kiçik qardaşı) və Tobias Peggs (“Aviary” şirkətinin keçmiş CEO-su) tərəfindən istifadəyə verilmişdi. Kimbal bildirib ki, hal hazırda o, ikinci qrup üçün qida məhsulları sahəsində 10 yeni sahibkar axtarır və layihənin ikinci mərhələsinə start vermək üçün şəhər seçimi prosesindədir. İkinci mərhələ üçün o, 5.4 milyon dollar investisiya cəlb edib. “Biz, planetdəki hər bir insanın güvənə biləcəyi və özünün istehsal edəcəyi məhsulu təqdim edəcək fermeri ilə qarşılıqlı əlaqəyə sahib olacağı gələcəyi qururuq” – deyə Kimbal Musk bildirib.

    Square Roots-un hər bir mərhələsində yalnız 10 nəfər iştirak edir. 1 illik proqram çərçivəsində həmin insanlar, şəhər mühitində kənd təsərrüfatı sahəsini öyrənir və Square Roots qida məhsullarını yetişdirirlər. Bunun necə çalışdığını aşağıda təqdim olunmuş videodan izləyə bilərsniz. Square Roots-un bağlı fermaları, böyük konteynerlərdə yerləşir. Hər bir konteyner gün ərzində 30 litr su sərf edərək həftədə 22 kq göyərti məhsulu verməyə qadirdir. Konteyenerlərdə yetişdirilmiş göyərti məhsulları, Nyu Yorkda olan 80-dən çox ofisə göndərilir. Bundan əlavə olaraq Square Roots həmçinin yerli restoranlarla da çalışır. Kimbal onu da bildirib ki, şirkət hal hazırda, az resurs sərf etməklə çoxlu miqdarda məhsul əldə etmək üçün aparat və proqram üsulları hazırlayır. Bundan əlavə olaraq eyni anda daha çox sahibkarı bu işə öyrəşdirmək üçün şirkət, layihə zəncirinin genişləndirilməsini planlaşdırır.

    Linki kopyala