Elon Musk məşhur hackeri Twitter-ə işə qəbul edib

Elon Musk məşhur hackeri Twitter-ə işə qəbul edib

Startup və Biznes
22.11.2022 PAYLAŞIM

    Elon Musk Twitter-də çoxlu sayda işçini işdən azad edərək artıq yetəri qədər səs-küyə səbəb olub. İndi isə o, yeni qərarı ilə diqqət çəkib. Belə ki, o, öz iPhone jailbreak-ləri və vaxtı ikən Playstation 3-ün hack edilməsi vasitəsilə məşhurluq qazanmış hacker George Hotz-u Twitter-in komandasına işə qəbul edib. Qeyd etmək lazımdır ki, George Hotz internetdə Geohot ləqəbi ilə tanınır. Maraqlısı ondadır ki, Hotz minimal əməkhaqqı qarşılığında Twitter-də çalışmaq təklifini özü edib. Bu məsələ Hotz-un Twitter-dəki paylaşımından start götürüb.


    Öz paylaşımında Hotz Twitter işçilərini işdən ayrılmağa çağırıb. Onun paylaşımı Musk-ın rəhbərliyi altnda yeni növ Twitter-in yaradılmasında iştirak etmək istəməyən işçiləri əhatə edib. Daha sonra o daha bir paylaşım edib və həmin paylaşımda sosial şəbəkənin tərtibatçılardan ibarət komandasında 12 həftəlik ştaj müddətindən keçməyə hazır olduğunu bildirib. Ödəniş qismində məşhur hacker sadəcə olaraq yaşayış yerini ödəməyə kifayət edəcək qədər maaş istəyib. Bu paylaşımı görən Musk rəylər bölməsində Hotz-a bu məsələni detallı şəkildə müzakirə etmək təklifini edib.

    3 gündən sonra Hotz qeyd edib ki, onu həqiqətən də Twitter-ə işə qəbul ediblər. Onun sözlərinə əsasən o, 12 həftə ərzində sosial şəbəkənin axtarış sistemini normal vəziyyətə gətirməlidir. O həmçinin bildirib ki, qeydiyyatdan keçməmiş halda digərlərinin paylaşımlarını oxumaq istəyən zaman ortaya çıxan pəncərənin Twitter interfeysindən çıxarılmasına çalışacaq. Qeyd etmək lazımdır ki, Musk və Hotz hələ 2015-ci ildə tanış olublar. Həmin vaxtda Musk ona Tesla-da çalışmaq təklifini etmişdi. Lakin Hotz bu təklifdən imtina etmişdi. Onun Twitter-də hansı nailiyyətləri əldə edəcəyini isə zaman göstərəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter ciddi endirimlər və əlavə xidmətlər vasitəsilə reklam verənləri geri qay..

Twitter reklam verənlərə əhəmiyyətli stimullar təklif edərək onların sosial şəbəkə daxilində reklam ..


Apple cari il üzrə 16 milyon daha az iPhone 14 istehsal edə bilər

İsveçrənin ən böyük bankı olan UBS-in analitiklərinin vermiş olduqları məlumata əsasən cari il üzrə ..


Geyilə bilən cihazlar bazarında vəziyyəti əks etdirən statistika təqdim edilib..

Canalys şirkətinin tədqiqatçıları 2022-ci ilin üçüncü rübü üzrə geyilə bilən cihazlar bazarının vəzi..


Avropa Birliyi öz regionunda Twitter-i bloklaya və ya cəriməliyə bilər

Elon Musk-ın Twitter ilə bağlı olan problemləri sosial şəbəkənin alındığı gün başladı...


2025-ci ilə qədər hər ikinci avtomobil qismən avtopilot sisteminə sahib olacaq..

Mütəxəssislərin fikirlərinə əsasən bu bazarın inkişaf tempini artıracaq əsas faktorlardan biri də av..


Foxconn zavodundakı etirazlar səbəbilə Apple şirkətinin iPhone gəlirləri 20-30% ..

Foxconn şirkətinin iPhone istehsalı ilə məşğul olan zavodunda işçilərin etirazları səbəbilə Apple şi..

×