main-post-cover

    Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    03.01.2023
    Emil Nəcəfov
        Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinci ən varlı şəxsi statusunu qazanmışdı. Həmin vaxtda o, 200 milyard dollardan çox sərvətə sahib idi və bu göstəricidi Amazon-un yaradıcısı Jeff Bezos-dan bir pillə aşağıda idi. İndi isə Musk antirekorda imza atıb. Belə ki, Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs olub. Bloomberg Billionaires Index-in verdiyi məlumata əsasən Musk-ın sərvəti 137 milyard dollar dəyərində qiymətləndirilir. 2021-ci ilin noyabr ayında isə bu göstərici 340 milyard dollar təşkil etmişdi.
        Twitter-in alınması və Tesla şirkətinin səhmlərinin dəyərinin aşağı düşməsi fonunda keçən ayın əvvəlində Musk Forbes reytinqinə əsasən dünyanın ən varlı şəxsi statusundan məhrum oldu. Onun yerini isə Louis Vuitton Moet Hennessy brendinin sahibi Bernard Arnault tutdu. Vaxtı ikən Musk-ın dünyanın ən varlı şəxsi statusunu əldə etməsi Tesla-nın hesabına baş vermişdi. Belə ki, şirkətin bazar dəyəri 2021-ci ilin oktyabr ayında ilk dəfə olaraq 1 trilyon dolları keçmişdi. Həmin vaxtdan Tesla səhmlərinin dəyəri 70% aşağı düşdü və nəticədə Musk dünyanın ən varlı şəxsi statusundan məhrum oldu. Vəziyyəti həmçinin Twitter-in alınması da qəlizləşdirdi. Belə ki, sosial şəbəkənin alınması üçün Musk Tesla şirkətinin səhmlərinin müəyyən hissəsini satmalı oldu.
    Linki kopyala