main-post-cover

    Elon Musk Twitter-i almaq qərarına gəlib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.10.2022
    Farid Pardashunas
        Elon Musk Twitter-ə sosial şəbəkənin ilkin razılaşdırılmış şərtlər çərçivəsində alınması prosesinin bərpa edilməsini təklif edib. Bu barədə məlumatı Bloomberg saytı xəbər verib. Bu xəbərin ortaya çıxması fonunda Twitter-in səhmlərinin dəyəri 18% yüksəlib. Qeyd etmək lazımdır ki, Musk Twitter səhmlərinin idarə paketinin 44 milyard dollara (səhmin biri 54.2$ qiymətinə) alınması fikrini hələ aprel ayında səsləndirmişdi. Lakin bir müddətdən sonra sosial şəbəkə ilə Musk arasında əsl qalmaqal baş verdi. Qalmaqalın səbəbi isə Twitter-dəki fake istifadəçi hesablarının sayı ilə bağlı idi.
        Musk sosial şəbəkədə fake istifadəçi hesablarının ümumi faiz göstəricisini öyrənmək istəyirdi və Twitter tərəfindən bu mövzuda təqdim edilmiş məlumatlar nəticədə onu qane etmədi. Buna görə də Musk Twitter-in alışı ideyasından imtina etdi. İmtinadan sonra isə Twitter Musk-ı məhkəməyə verdi. Sosial şəbəkənin məhkəməyə müraciət etməsində əsas məqsəd Musk-ı məcburi şəkildə Twitter-i almağa sövq etməkdir. Məhkəmə prosesi bu ayın ortasına təyin edilmişdi. Bloomberg-in mənbələrindən birinin verdiyi məlumata əsasən Musk-ın hüquqşünasları baş vermiş bu məsələni neqativ hesab edirlər.
        Belə ki, məhkəmə işinə baxacaq hakim məhkəmədən öncəki dinlənmələr zamanı bir neçə dəfə Twitter-in tərəfini tutub və buna görə də Musk-ın hüquqşünasları tərəflər arasında ilkin razılaşdırılmış müqavilənin ləğv edilməsi üçün tutarlı səbəblərin olmadığını düşünürlər. “Biz, Musk-ın təmsilçiləri tərəfindən göndərilmiş məktubu qəbul etmişik və səhmin birinin 54.2$ qiymətinə satılması şərti altında müqaviləni yekunlaşdırmağı nəzərdə tutmuşuq” - deyə Twitter-in hüquq məsləhətçisi Sean Edgett qeyd edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər