
Ərzaq bazarını dəyişən 7 startap
Startup və Biznes
12.07.2017
Emil
Business Insider, ərzaq bazarını dəyişən 7 startap
siyahısını təqdim edib. Həmin startaplar arasında süni ət istehsal edənlər, tərəvəzləri
şaquli fermalarda yetişdirənlər, toyuq yumurtasının alternativini tapmağa
çalışanlar və s. var.
Memphis Meats:

2015-ci ildə təsis edilmiş bu startap, heyvan hüceyrələrindən
ət məhsulları yaratmaq üçün 3.05 milyon dollar investisiya almışdı. Bu üsul ilə
Memphis Meats-in laboratoriyasında toyuq və qaz əti hazırlayıblar. Şirkət təsisçiləri
növbəti 5 il ərzində laboratoriya şəraitində ət məhsullarının hazırlanması
prosesinin xərclərinin aşağı salınmasını və 2021-ci ildə alternativ ət məhsullarını
satmağı planlaşdırırlar.
Apeel Sciences:

Apeel Sciences adlı startap, meyvə və tərəvəzlərin saxlanma
müddətini 5 dəfə artıran və yeyintidə heç bir zərər verməyən xüsusi örtük
hazırlayıb. Xüsusi örtük funksiyasını daşıyan həmin mayeni çiyələyin üzərinə səpəndə,
çiyələk adi vaxtdan 1 həftə çox müddətdə xarab olmadan qalır. Həmin maye, tərəvəz,
meyvə və giləmeyvələrin qabıq və çiliklərindən hazırlanıb. Maye bir növ baryer
xarakterini daşıyır və o baryer, məhsul təravətinin tez bir zamanda yox
olmaması üçün nəzərdə tutulub. Apeel Sciences tərəfindən hazırlanmış məhlul
artıq Cənubi Kaliforniya, Keniya və Nigeriyanın fermalarında istifadə olunur.
AeroFarms:

AeroFarms-ın şaquli fermaları, Nyu-Cersidə yerləşir.
Startap, göyərti məhsullarını, yerdən 9 metr hündürlükdə yerləşən xüsusi
altlıqlarda yetişdirirlər. Bitkilər bu halda öz qida mənbələrini torpaqdan
deyil, sudan alırlar. Diod işıqları isə günəş şüaları rolunu oynayırlar.
AeroFarms əməkdaşları, fermerlər deyillər. Onlar məlumatlarla çalışmaq üzrə mütəxəssisdirlər.
Onlar fermalar sayəsində yığılan 30.000 məlumat elementini müşahidə etmək ilə məşğul
olurlar. Bu məlumatlar arasında temperatur, nəmişlik, CO2 səviyyəsi və oksigen
də var. 2004-cü ildə işə start verəndən sonra bu startap ümumilikdə 95.8 milyon
dollar investisiya cəlb etmişdir. Lakin hələ aydın deyil ki, AeroFarms özünün
uğurlu biznes modelini qura biləcək ya yox. Gündəlik elektroenerji sərfiyyatı,
böyük xərclərə gətirib çıxardır. Bu səbəbdən də şirkət öz məhsullarına yüksək
qiymət göstəricisi təyin edir. Belə ki, şirkətin istehsal etdiyi göyərtinin bir
qablaması 3.99$ təşkil edir.
Beyond Meat və Impossible Foods:

Sözügedən startaplar, süni ət istehsal etməklə məşğuldurlar.
Hər iki şirkət, istehsal etdikləri süni ətin dadını bitki komponentləri vasitəsilə
imitasiya edirlər. Buna misal olaraq kokos yağı, noxud, buğda və kartof
zülalını gətirmək olar. Impossible Foods artıq öz süni ət məhsullarını Nyu York
və Kaliforniyanın 8 restoranına satır. Bu ilin Mart ayında 182 milyon dollar
investisiya cəlb etmiş Impossible Foods, öz məhsullarının irimiqyaslı
istehsalını elan edib. Sözügedən məhsul növünü istehsal edən fabrik, ayda 450
ton süni ət istehsal edəcək. İstehsalatın bu il start götürəcəyi
planlaşdırılır. Beyond Meat tərəfindən istehsal olunmuş süni ət məhsulları isə Whole
Foods mağazalar şəbəkəsində və vegeterian mağazalarında satılır. Beyond Meat-in
arxasında nüfuzlu investorlar dayanıb. Onlardan biri də Bill Gates-dir. Qeyd
etmək lazımdır ki, bir neçə müddət bundan öncə Bill Gates, sözügedən startapa
17 milyon dollar investisiya yatırmışdı.
Hampton Creek:

Bu startap, vegeterian insanlar üçün müxtəlif məhsullar
istehsal edir. Müxtəlif souslardan tutmuş makaronlara kimi. Bir neçə müddət
bundan öncə şirkət bildirdi ki, o, süni ət istehsalı ilə məşğul olacaq. Startap
ümumilikdə 120 milyon dollar investisiya cəlb edərək artıq bir münaqişənin səbəbkarı
olub. Belə ki, məlum olub ki, şirkət, istehsal etdiyi mayonezləri alan
insanlara pul ödəyirmiş.
Finless Foods
və New Wave Foods:

Amerikada fəaliyyət göstərən bu iki startap, heç bir dəniz
canlısını öldürmədən süni dəniz məhsullarını istehsal etməyi söz verib. 2017-ci
ildə işə başlamış Finless Foods, ton balığını, digər balıqların hüceyrələrindən
istehsal edir. New Wave isə dəniz məhsullarının dadını imitasiya etmək üçün
yalnız bitki komponentlərindən istifadə edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
