Evi idarə etmək üçün ağıllı köməkçi yaradan Josh.ai adlı startap 11 milyon dollar investisiya aldı (VİDEO)

Evi idarə etmək üçün ağıllı köməkçi yaradan Josh.ai adlı startap 11 milyon dollar investisiya aldı (VİDEO)

Startup və Biznes
10.07.2017 PAYLAŞIM

“Josh.ai” adlı şirkət, süni zəka tərəfindən idarə olunan ev köməkçisinin irimiqyaslı istehsalına görə 11 milyon investisiya alıb.

Bu ilin sonuna yaxın isə həmin sistem üçün xüsusi cihaz təqdim olunacaq. Startapı, öz ağıllı ev köməkçisi yaratmağa, bazardakı vəziyyət məcbur etdi. Crestron, Control4 Savant kimi avtomatlaşdırılmış sistemlər çox baha başa gəlir. Onlarla qarşılıqlı əlaqə isə sanki 90-cı illərdə qalıb. Beləliklə “Josh.aiöz sistemini yaratmağı qərara aldı. İdeyaya əsasən yeni sistem, “Amazon”, “Google” və “Apple” kimi şirkətlərin məhsullarından da daha təkmilləşdirilmiş olmalıdır. Şirkət bu sistemi, Mac mini, iPad və xüsusi proqram təminatı ilə təqdim edir. Sistemi, ev şəbəkəsinə qoşanda o, evdəki bütün cihazları təyin edir. Nəticədə çətin olmayan ayarlar vasitəsilə bütün evi idarə etməyə imkan verən interfeys yaranır. Həmin interfeys vasitəsilə televizoru, soyuducunu, kondisioneri, işığı və s. idarə etmək olar. Bu sistem, münasib qiymətə satılmayacaq. Belə ki, startap özü bu sistemi premium hesab edir. Buna baxmayaraq onun qiyməti bazarda buna bənzər digər məhsullara nisbətən aşağı qiymətə satılacaq. Mac mini, ev sahibinin danışıq səsini tanımaq üçün nəzərdə tutulub. Sistem, səsi qəbul edərək onu müəyyən bir əmrə çevirir. Məsələn, sistemə şikayət etmək olar ki, evdə çox istidir. Bundan sonra sistem, evdəki temperaturu bir qədər aşağı salacaq. Təbii nitqi anlamaq, bu sistemin əsas üstün cəhətlərindən biridir. Əsas məsələ ondan ibarətdir ki, sözügedən sistemə həmçinin smartfon və Amazon Echo cihazı vasitəsilə müraciət etmək olar.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft şirkəti TikTok-un bütün qlobal biznesini almaq istəyir: Məsələ ilə bağ..

Microsoft şirkəti TikTok-in Hindistan və Avropa biznesləri də daxil olmaqla bütün qlobal biznesini a..


Donald Trump, TikTok-un və WeChat-ın ABŞ-da bloklanması qərarını verdi: TikTok-u..

ABŞ prezidenti Donald Trump amerikalıların TikTok (ByteDance) servisindən və WeChat (Tencent) messen..


Apple şirkətinin baş marketoloqu Phil Schiller 23 illik fəaliyyətdən sonra vəzif..

Apple şirkətinin beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Phil Schiller 23 illik fəaliyyətdən ..


Samsung şirkəti də ARM Holdings-in alınmasında maraqlıdır: Şirkət nəticədə kimə ..

Nvidia-nın ARM Holdings-i almaq istəyi nəticəsində ən böyük mobil prosessor istehsalçılarından birin..


Uber şirkəti Londonda çay taksi servisini işə alıb

ABŞ-ın taksi və çatdırılmış şirkəti olan Uber, Thames Clippers adlı çay tramvayı servisi ilə birlikd..


Microsoft, TikTok-un ABŞ biznesinin alınması danışıqlarını təsdiqləyib: Yeni məl..

Microsoft şirkəti TikTok servisinin ABŞ biznesinin alınması barədə danışıqların aparıldığını təsdiql..

×