'Facebook', Ozlo adlı süni zəka startapın aldı

'Facebook', Ozlo adlı süni zəka startapın aldı

Startup və Biznes
01.08.2017 PAYLAŞIM

“Facebook” şirkəti, ABŞ-da süni zəka sahəsi üzrə fəaliyyət göstərən Ozlo adlı startapı aldı.

Şirkətin, həmin startapı almasının səbəbi, öz Messenger tətbiqinin imkanlarının genişləndirilməsidir. Müqavilənin maliyyə tərəfi haqqında heç bir təfərrüat olmasa da, məlumdur ki, startapda çalışan 39 nəfər şəxs, şirkətin Messenger şöbəsinə keçməldiir. “Facebook”, Ozlo-nun texnologiyalarını və özünün M adlı virtual assistantını, Messenger-ə inteqrasiya edərək süni zəka əsasında sisteminin inkişaf etdirilməsi niyyətindədir. Sözügedən startapı cəlbedici edən özəllik, keçən ilin Oktyabr ayında onun tərəfindən xüsusi tətbiqi istifadəyə verilməsidir. Həmin tətbiq isə özünü “real dünya haqqında biliklər” kimi qələmə verir. Belə ki, tətbiqdə olan çatbot, istifadəçiyə lazım olan hər bir suala cavab verir. 2 milyon məlumat bazası sayəsində o, restoranlardan tutmuş kino seanslarına kimi olan məlumatları təqdim edir. Çatbotun iş prinsipi, “Google”un virtual assistantı və Siri-yə bənzəyir. Ozlo, 2013-cü ildə Charles Jolley tərəfindən təsis edilmişdir. O isə öz növbəsində əvvəllər “Facebook”da çalışıb. Startapın ofisi Kaliforniyada, “Facebook”un baş ofisinə yaxın yerdə yerləşir. Sözügedən startapın əsas investorları AME Cloud VenturesGreylock Partners fondlarıdır. 2016-cı ilin May ayında həmin fondlar bu startapa 14 milyon dollar investisiya yatırmışdılar.





DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Elon Musk-ın beyin implantının hazırlanması ilə məşğul olan Neuralink şirkətinin bazar dəyəri 2 il b..


Apple şirkəti ABŞ hərbi qüvvələri üçün AR cihaz hazırlayan Mira adlı startapı al..

Apple şirkəti digər şirkətlər və ABŞ-ın hərbi qüvvələri üçün AR cihazların hazırlanması ilə məşğul o..


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.

×