Fantasy Market adlı pornostartapın rəhbəri ICO vasitəsilə yığılmış 4.4 milyon dollar ilə ortadan yoxa çıxdı

11.01.2018 0 PAYLAŞIM 270 OXUNMA

Fantasy Market adlı startapın rəhbəri Jonathan Lucas ICO vasitəsilə əldə olunmuş vəsaitlə birlikdə ortadan yoxa çıxıb.

Güman olunur ki, bu layihə 4.4 milyon dollar investisiya əldə edib. Bu barədə New York Post saytı xəbər verib. Fantasy Market adlı startap porno videoların online baxışı üçün ödəmə imkanı kimi FMtoken adlı tokenləri istifadəyə verib. Lucas güman edirdi ki, layihə nəticə etibarilə 25 milyon dollar vəsait cəlb edə biləcək. Startapın bir neçə investorlarının sözlərinə əsasən Lucas keçən ilin Sentyabr ayından Dekabr ayına kimi keçirilmiş ICO vasitəsilə əldə edilmiş vəsaitləri götürərək qaçıb.



Noyabr ayında o bildirmişdi ki, layihə 2 milyon dollar qazanıb. Lakin daha əvvəllər 4.4 milyon dollar vəsaitdən danışırdı. Layihənin saytında bildirilib ki, Lucas yaxın 4-5 gün ərzində vəsaitləri investorlara qaytaracaq. Öz pulunu geri qaytarmağa müvəffəq olmuş ICO iştirakçılarından biri Fantasy Market-i dələduzluqda ittiham edib. Onun sözlərinə əsasən o öz pulunu Sentyabr məzənnəsinə uyğun efirlərlə geri qaytarıb. O qeyd edib ki, payızdan bəri kriptovalyutanın qiyməti 3 dəfə qalxıb. Buna görə də o bir qədər mənfidə qalıb.



<