Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

Startup və Biznes
13.07.2021 PAYLAŞIM

    Fransa hökumətinin antimonopoliya orqanı Google şirkətini 500 milyon avro dəyərində cərimələyib. Belə ki, antimonopoliya orqanı aşkar edib ki, Google şirkəti kütləvi informasiya vasitələrinin istifadə etdikləri başlıqları özünün Google News platformasında istifadə edir, lakin buna görə həmin kütləvi informasiya vasitələrinə pul ödəmir. Əgər şirkət kütləvi informasiya vasitələrinə ödəniş planını təqdim etməsə, ona hər gün ərzində əlavə 900.000 avro cərimə yazılacaq.

    Qeyd etmək lazımdır ki, Fransanın antimonopoliya orqanı hələ 2020-ci ildə qanun tərtib etmişdi ki, Google şirkəti kontentlərin istifadəsi məsələsində saytlar ilə müqavilə bağlamalıdır. Lakin görünür, şirkət bu qanunu görməzdən gəlib. Nəticədə Fransanın Agence France-Presse, Le Figaro və s. kimi saytları şikayətçi olublar. Bununla yanaşı Google şirkəti 2 ay ərzində kütləvi informasiya vasitələrinə ödənişi hansı sistem üzrə edəcəyinə dair planı təqdim etməlidir. Əks halda şirkət hər gün üçün əlavə 900.000 avro cərimə əldə edəcək. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsal..

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hes..


Joe Biden ABŞ-da İT şirkətlərin monopoliyalarını məhdudlaşdırmaq göstərişini ver..

ABŞ prezidentinin administrasiyası iqtisadiyyatdakı rəqabəti yüksəltməyə təşviq edəcək göstərişi təq..


Google şirkəti tərtibatçılar üçün olan komissiya haqqını yaxın günlərdə 15%-ə en..

Bu ilin mart ayında Google şirkəti söz vermişdi ki, o, tərtibatçılar üçün nəzərdə tutulmuş 30%-lik k..


OnePlus şirkəti OPPO-nun sub-brendinə çevrilib

OnePlus şirkətinin CEO-su Pete Lau keçən həftə elan etmişdi ki, OnePlus şirkəti OPPO ilə daha sıx əm..


Xiaomi şirkəti özünün film studiyasını yaradıb

Xiaomi şirkəti öz məhsullarının geniş müxtəlifliyi ilə məşhurdur.


Apple şirkətinin fərdi tətbiqləri öncədən iPhone-lara quraşdırmasına qadağa qoyu..

Bloomberg-in verdiyi məlumata əsasən ABŞ hökuməti Apple şirkətinə fərdi tətbiqlərə sahib smartfonlar..

×