main-post-cover

    Geniş istifadəçi kütləsi: Apple şirkəti sentyabrda vacib statistik göstəricini əldə edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    28.10.2020
    Emil Nəcəfov
        Apple məhsullarının mütəxəssisi kimi fəaliyyət göstərən Neil Cybart adlı sənayə analitiki iPhone məhsulunun mövcud olduğu 13 il ərzində sərgiləmiş olduğu məşhurluq statistikasını hazırlayıb. Analitik qeyd edib ki, bu il smartfon satışlarının aşağı düşməsinə baxmayaraq keçən ay iPhone-nun aktiv istifadəçi kütləsi 1 milyard insana çatmışdı. Bu barədə Appleinsider saytı xəbər verib. Məlumatda qeyd olunub ki, bu cür göstəricinin əldə olunmasında yardımçı olmuş faktorlar məhz bunlardır: Apple istifadəçilərinin bu brendə loyallıqları və şirkətin köhnə iPhone modellərini uzun müddət ərzində dəstəkləməsi.
        Analitikin sözlərinə əsasən iPhone istifadəçilərinin çox hissəsi məhz Apple şirkətinin yeni smartfon modellərini əldə edir və köhnə modelləri qohumlarına verir və ya ikinci əl kimi satışa çıxardır. Bununla yanaşı analitikin fikrincə Apple şirkətinin öz smartfonlarının satış göstəricilərini təqdim etməkdən imtinasının səbəbi smartfonların məşhurluqlarının azalmasında deyil. Analitikin sözlərinə əsasən satılmış cihazların sayı biznesin uğuruna təsir göstərmir. Apple hələ də hər il 20-30 milyon yeni istifadəçini cəlb edə bilir. Həmin istifadəçilər isə şirkətin digər cihaz və xidmətlərini əldə edərək Apple ekosisteminə daha dərindən daxil olurlar. 
    Linki kopyala