GES 2017-də İvanka Trumpın haqqında danışdığı 15 yaşlı azərbaycanlı xanım startapçı

29.11.2017 0 PAYLAŞIM 1183 OXUNMA

    Bu il ölkəmizdə ilk dəfə Social Innovation Lab – in rəsmi təşkilatçılığı ilə keçirilən və 3 qalib startapımızın Azərbaycanı dünya finalında təmsil etdiyi ClimateLaunchpad startap akselerator proqramının məzunlarından olan Reyhan Camalovanı, İvanka Tramp alqışlayıb və gənc yaşda təşəbbüsünə görə təqdir edib.

    İvanka Tramp Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində çıxışı zamanı Azərbaycandan olan gəncin də adını çəkib:

"Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – "Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx!”.

    Onu da bildirək ki, Qlobal Sahibkarlıq Sammitində dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbirində ölkəmizdən ClimateLaunchpad məzunlarından olan Reyhan Camalov’a mentoru Leyla Tağizadə ilə iştirak edir. Leyla Tağızadə həm də ClimateLaunchpad akselerator proqramının əsas mentorlarından biridir və Reyhanın layihəsi 6-7 May ayından başlayan ClimateLaunchpad proqramı çərçivəsində dəstəklənməyə başlanmışdır və proqramın Avqust ayındakı Ölkə Finalından sonra da dəstəklənməyə davam edir.

    Eyni zamanda ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb.