Logo
    main-post-cover

    Google istifadəçiləri qanunsuz izlədiyi üçün 400 milyon dollara yaxın cərimə ödəyəcək

    Startup və Biznes
    16.11.2022
    Emil
        Google şirkəti ABŞ-ın 40 ştatından olan baş prokurorları tərəfindən qaldırılmış kollektiv məhkəmə iddiasının nizamlanması üçün 391.5 milyon dollar təzminat ödəməyə razı olub. Kollektiv məhkəmə iddiasını qaldırmış baş prokurorlar sübut ediblər ki, Google şirkəti istifadəçi hesablarının ayarlarında istifadəçilərin yerləşdiyi yerləri təyin edən funksiyanın deaktiv edilməsi halında geolokasiya məlumatlarının yığılmasının dayandırılması mövzusunda istifadəçiləri aldadıb. Belə ki, sözügedən funksiyanın deaktiv olduğu halda da şirkət istifadəçilərin yerləşdikləri yerlər barəsində məlumatları yığmağa davam edir. Məlumatda qeyd edilib ki, sözügedən mövzu ətrafında istintaq 4 ilə yaxındır gedib.
        Bu müddət ərzində aparılmış istintaq şirkətin 2014-cü ildən 2020-ci ilə kimi olan fəaliyyətini əhatə edib. Təzminat ödənişindən əlavə olaraq şirkət hansı hallarda istifadəçilərin yerləşdikləri yerləri izlədiyi barəsində ətraflı məlumatları təqdim etməlidir. Google şirkətinin verdiyi məlumata əsasən o, istifadəçi məlumatlarının yığılması ilə məşğul olan alqoritmlərə artıq dəyişiklik əlavə edib. Şirkət bildirib ki, istintaqın başladığı vaxtdan Google istifadəçi məlumatlarının konfidensiallıqları barəsində olan köhnəlmiş siyasətə yenidən nəzər yetirib və ona ABŞ-ın qüvvədə olan qanunvericiliyinə uyğun olaraq lazımi dəyişiklikləri əlavə edib. Məlumatda qeyd edilib ki, İT nəhənglərin sahib olduqları üstünlüklərin məhdudlaşdırılması və onların biznes modellərinin nizamlanması məsələsində dövlətin rolu getdikcə artır.
    Paylaş
    Bənzər xəbərlər