Google şirkəti tərtibatçılar üçün olan komissiya haqqını yaxın günlərdə 15%-ə endirəcək
Tech-Biznes
Startup və Biznes
e-ticaret
25.06.2021
Farid Pardashunas
Bu ilin mart ayında Google şirkəti söz vermişdi ki, o, tərtibatçılar üçün nəzərdə tutulmuş 30%-lik komissiya haqqını 2 dəfə aşağı salacaq. Qeyd etmək lazımdır ki, hal hazırda şirkət Google Play-dəki tətbiqlər daxilində edilmiş alış-verişlərdən 30% komissiya haqqı əldə edir. Beləliklə 1 iyul tarixindən komissiya haqqı 30%-dən 15%-ə endiriləcək. Lakin bu məsələdə bir sıra nüans var. Belə ki, 15%-lik komissiya haqqını yalnız o tətbiqlər əldə edəcəklər hansıların ki, illik gəlirləri 1 milyon dollardan çox deyillər.
İllik gəlirləri 1 milyon dollardan yüksək olan tətbiqlərin komissiyaları 30% olaraq qalacaqlar. “1 iyuldan başlayaraq sizin illik 1 milyon dollar dəyərində olan ilk gəliriniz üçün xidmət ödənişi 30% deyil 15% təşkil edəcək. Sizin 15%-lik komissiya haqqına sahib olduğunuza əmin olmaq üçün siz, Google Play Consolde-da istifadəçi hesablarından ibarət qrup yaratmalısınız” - deyə şirkət qeyd edib. Bununla yanaşı şirkətin tətbiqlər barəsində də bir sıra tələbləri var. Həmin tələblər aşağıdakı kimidir:
- Aylıq 100.000 yüklənmə
- Yüksək reytinq və yüksək keyfiyyətli interfeys
- Tərtibatçınının istifadəçi hesabının yüksək reytinqi
- Kontentin növündən asılı olaraq Google və API platformalarının inteqrasiyası
- İstifadəçilər tərəfindən yaradılmamış video, audio və kitablara premium keçidin təmin olunması.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)