main-post-cover

    Google və Facebook antimonopoliya istintaqları ilə mübarizə üçün öz aralarında razılaşma əldə ediblər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.12.2020
    Farid Pardashunas
        Facebook Google öz aralarında razılaşma əldə ediblər. Həmin razılaşmaya əsasən onlar internet reklamı sahəsindəki iş birlikləri barəsində ola biləcək istintaq halında bir-birilərinə kömək etməli və bir-biriləri ilə əməkdaşlıq etməlidirlər. Bu barədə məlumat Google şirkətinə qarşı məhkəmə iddiası qaldırmış 10 ABŞ ştatının şikayət sənədində əks olunub. Bu barədə The Wall Street Journal xəbər verib. Həmin 10 ABŞ ştatı Google şirkətinə qarşı məhkəmə iddiasını 17 dekabr tarixində qaldırıb.
        Şikayət sənədində qeyd olunub ki, Google və Facebook internet reklamı bazarında bir-biri ilə rəqabət aparmamaq üzrə razılaşıblar və faktiki olaraq bu bazarı öz aralarında bölüşdürüblər. Məlumata əsasən bu iki şirkət əməkdaşlıq barədə razılaşmanı 2018-ci ilin sentyabr ayında əldə edib. Facebook şirkəti Google-un online reklam alətləri ilə rəqabət aparmamağa razılıq verib. Bunun müqabilində Facebook həmin alətlərin xüsusi rejimlərindən istifadə etmək imkanına sahib olub.

    Məhkəmə iddiasını qaldırmış tərəflərin fikirlərinə əsasən elə həmin vaxtda hər iki şirkət bilirdi ki, onların bu razılaşması antimonopoliya istintaqına start verə bilər.

        Buna görə də onlar bu cür hal ilə necə mübarizə aparmaq lazım olduğunu müzakirə edirdilər. Google təmsilçisi qeyd edib ki, antimonopoliya  üzrə məsələlərdə şirkətlər arasında olan bu cür razılaşmalar tamamilə  geniş yayılmış bir təcrübədir. Razılaşmaya əsasən müqavilənin 4-cü ilindən başlayaraq Facebook şirkəti Google tərəfindən keçirilən reklam hərraclarında hər il minimum 500 milyon dollar vəsait xərcləməlidir. Bunun müqabilində Facebook hərracların fiks olunmuş faizlərini qazanır. Facebook-un daxili sənədində bu müqavilə digər bazar təmsilçiləri ilə rəqabətin fonunda daha ucuz başa gələn üsul kimi qeyd olunub.
        Google da öz növbəsində Facebook ilə bu cür əməkdaşlıqdan sevincli idi. 2016-cı ildə keçirilmiş daxili prezentasiya zamanı Google təmsilçiləri Facebook və digər böyük texnoloji şirkətlər ilə ola biləcək potensial rəqabətdən narahat olduqlarını bildirmişdilər. Rəqabət hallarını aradan qaldırmaq üçün nəticədə Google daha aqressiv həll üsullarına əl atıb. Google öz növbəsində ortaya çıxmış bu məlumatları təkzib edib və qeyd edib ki, o, Facebook-a heç bir xüsusi məlumat təqdim etməyib və onda olan məlumatlar digər şirkətlərə təqdim olunmuş məlumatlar ilə eyni səviyyədədirlər. Facebook isə reklam hərraclarının şərtlərini qeyri eksklüziv adlandırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər