Google yeni monopoliya sxeminin yaradılmasında günahlandırılır

Google yeni monopoliya sxeminin yaradılmasında günahlandırılır

Startup və Biznes
20.08.2021 PAYLAŞIM

    Google ilə Epic Games arasında davam edən məhkəmə prosesi çərçivəsində Epic Games şirkətinin təmsilçiləri bildiriblər ki, Google Android tətbiqlər bazarında ədalətsiz oyun aparıb. Onlar bildiriblər ki, Google smartfon istehsalçılarına ödəniş edib ki, onlar kənar tətbiq platformalarından imtina edərək Google servislərini seçsinlər. Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən Google 2019-cu ildə smartfon istehsalçıları üçün Premier Device Program adlı proqramı işə salmışdı. Məlumata əsasən Google smartfon istehsalçılarına Google Play-dən başqa heç bir digər platformanı seçməməyi təklif etmişdi.

    Bunun müqabilində isə həmin smartfon istehsalçıları Google ilə əməkdaşlıq nəticəsində böyük gəlirlər generasiya edəcəkdilər. Məlumatda qeyd edilib ki, Google özünün Google Search bölməsindən olan gəlirin 12%-ni smartfon istehsalçılarına təklif edibmiş. LG ilə Motorola şirkətləri ümumiyyətlə unikal şərtlər əldə etmişdilər. Belə ki, istifadəçilərin Google Play daxilindəki alış-verişlərindən 3-6%-i bu şirkətlərə ötürüləcəkdi. Nəticədə Motorola smartfonlarının 98%-i, LG smartfonlarının isə 95%-i Google Play mağazasına sahib olublar.


    Eyni şərtlər altında OPPO, Vivo OnePlus smartfonlarının göstəriciləri 70%, Sony smartfonlarının göstəriciləri 50%, Xiaomi smartfonlarının göstəriciləri isə 40% təşkil edib. Bununla belə Premier Device Program proqramı ictimai şəkildə təqdim olunmayıb. Bu proqram barəsində ilk məlumatlar məhz Google ilə Epic Games arasındakı məhkəmə prosesi çərçivəsində ortaya çıxıb. Epic Games iddia edir ki, məhz bu proqram sayəsində Google şirkəti öz mağazasının yüksək göstəricilərini əldə edə bilib. Google təmsilçiləri Epic Games-in ittihamlarına hələ cavab verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunu..

Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qal..


Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keç..

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil..


Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi K..

Cənubi Koreya Google və Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. ..


Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyaları yumşaltmağ..

Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin ..

×