Reklam
Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma - AZDO.AZ

Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma - AZDO.AZ

Startup və Biznes
09.04.2022 PAYLAŞIM

    Bir müddətdir Azərbaycanda fəaliyyətə başlayan onlayn xidmətlər bazarı platforması azdo.az 3000-dən çox tapşırıq icraçısını platformada birləşdirə bilib. Platformanın çalışma məntiqi Azərbaycandan olan bir çox xidmət icraçısını onlayn formada vahid bazada toplamaq, daha sonra həmin şəxslərin xidmətlərinin təklifi ilə icraçılara öz işlərinə uyğun namizədləri optimal qiymətə tapmağa kömək etməkdir. Azdo.az platformasında sifarişçi şəxslər təmir xidmətləri, kompüter həlləri, dil öyrənmə, dayə xidməti, foto, video, audio dəstək, kuryer, gözəllik-baxım, sağlamlıq kimi gündəlik və aylıq təlabatlarına platformada yer alan icraçıların təkliflərindən yararlanmaqla istifadə edə bilərlər.

    Platformada yer alan 3000-dən çox icraçı, sifarişçilərin istək və tələblərinə uyğun onlara öz təkliflərini göndərə, yaradılan tapşırıqlarda iştirak sorğusu yarada bilərlər. Burada icraçılar istək və tələbatlarına uyğun tapşırıqlar yaratmaqla vahid platformada bir neçə icraçıdan təklifləri ala bilirlər. Bu da öz növbəsində rəqabətin yaranmasına və daha optimal qiymətə işin icrasına səbəb olur. Platformada sifarişçi yəni iş təklif edənlə yanaşı icraçı olmaq da sərbəstdir. Yəni siz əgər hər hansısa bilik və bacarığa sahibsinizsə, rahatlıqla azdo.az-da qeydiyyatdan keçib öz xidmətinizi sifariş yerləşdirənlərə təklif edə bilərsiniz. 


    Azdo.az tipli xidmətlər platforması dünyada olduqca məşhur həllərdən hesab edilir. Bugünə qədər Azərbaycanda bu cür xidmətləri insanlar daha çox elan saytlardan tapa bilirdilər. Elan saytlarında isə imkanlar daha məhdud və daha çox məhsul satışına fokuslandığı üçün icraçı və sifarişçi arasında sadəcə ilkin əlaqə yaradılırdı və digər proseslər kənarda həyata keçirdi. Azdo.az platformasında isə işin icrası və sifarişin yerləşdirilməsi başlanğıc mərhələdən sona qədər onlayn formada baş verir və burada iş bitdikdən sonra icraçılara reytinq verilir. Bunun sayəsində növbəti sifarişçilər icraçı seçimində daha sərbəst və ağıllı davrana bilirlər. Platformada onlayn xidmətlərlə yanaşı, ənənəvi xidmətləri də oflayn qaydada icra etdirmək mümkündür. Sifarişçiyə burada lazım olan yeganə şey tapşırıq yaratmaq və həmin tapşırığa olunan müraciətləri nəzərdən keçirməkdir.

    Platformada tapşırıq yaratmaq çox sadədir. 3 mərhələli olan prosesin birinci mərhələsində sifarişçi tapşırığın təsvirini, daha sonra detallarını və sonda tapşırıq üçün nəzərdə tutduğu büdcəni qeyd edir. Bu imkanlara uyğun gələn namizədlər yəni icraçılar isə tapşırığı yerinə yetirmək üçün icraçıya təkliflər göndərməyə başlayırlar. 

    "Freelance" yəni sərbəst iş modelini sevənlər üçün platforma əlavə gəlir yeri təmin edir. Sözügedən platfromada sifarişçi və icraçı olmaq üçün azdo.az saytını ziyarət edə bilərsiniz. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×