main-post-cover

    Hələ də ən çox gəlir gətirən mobil oyun: Pokemon GO bu il ərzində nə qədər gəlir əldə edib?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.11.2020
    Emil Nəcəfov
        Belə bir fikir var ki, Pokemon GO oyunu artıq əvvəlki kimi məşhur deyil və yaxın zamanda o, ən çox gəlir əldə etmiş mobil oyun statusunu itirəcək. Lakin rəqəmlər tamamilə fərqli vəziyyəti göstərirlər. Belə ki, Sensor Tower adlı analitik şirkət sözügedən mobil oyunun bu il öz yaradıcılarına nə qədər gəlir qazandırdığını hesablayıb. Əldə edilmiş gəlir isə diqqəti cəlb edir. Bu barədə 4pda saytı xəbər verib.
        Beləliklə verilmiş məlumata əsasən bu ilin ilk 10 ayı ərzində Pokemon GO oyunu ən çox gəlir qazanan mobil oyunlar reytinqinin ilk üçlüyünə daxil olur. Hesabat dövrü ərzində bu oyun öz yaradacılarına 1 milyard dollar gəlir gətirib. Bu isə 2019-cu ildə əldə olunmuş gəlirdən 11% daha çoxdur. Bütün bu müddət ərzində Pokemon GO-dan başqa ən yaxşı göstəriciləri PUBG Mobile Honor of Kings oyunları sərgiləyiblər. 2016-cı ildə təqdim edilmiş Pokemon GO həmin ildən indiyənə kimi ümumilikdə 4.2 milyard dollar gəlir qazanıb. Oyun 600 milyon dəfədən çox yüklənib. 
    Linki kopyala