
Hələ doğulmamış uşağın zəkasını və gələcəkdəki sağlamlığını öncədən söyləyən startap
Startup və Biznes
08.11.2017
Emil
Genomic Prediction adlı startap hələ doğulmamış uşağın karlikliyini (140 sm-dən kiçik boy ölçüsünə sahib olan insanlar), 70 xaldan aşağı IQ göstəricisini embrionların DNT testləri vasitəsilə təyin edə və “ideal” uşağı genetik proqramlaşdıra bilir.
Bu barədə Technology View saytı xəbər verib. Günümüzdə
süni mayalanmaya üstünlük verən cütlüklər embrionlarda hansısa ağır irsi xəstəliyin
olub-olmamasını genetiklərdən soruşa bilərlər. Bu, DNT testlərinin
kombinasiyası və kompüter modelləşdirilməsinin vasitəsilə mümkün olub. Gemetik
məlumatlar böyük qrup əhalidən yığılıb və indi yüksək dəqiqliklə genetik
qanunauyğunluqları təyin etmək, irsi xəstəliklərin yaranma risklərinin səviyyəsini
öncədən söyləmək olar. Əgər əvvəllər həkimlər yalnız bir gen vasitəsilə yaranan
xəstəliyi öncədən təyin edə bilirdilərsə, indi onlar bir neçə gen vasitəsilə
yaranan xəstəlikləri öncədən təyin edə bilirlər. Bu cür analizi etmiş cütlük
öncədən qərar verə biləcək ki, həmin uşağı gələcəkdə müəyyən xəstəliklərə
qurban verməyə dəyərmi, yoxsa həmin embrionu olduğu kimi saxlamaq ən
yaxşısıdır.

Genomic Prediction adlı startap məhz bu sahədə fəaliyyət göstərir.
Bu startap Silikon Vadisində fəaliyyət göstərir. Bu sahədə inqilabi nəticələr,
Biobank layihəsi vasitəsilə 500.000 britaniyalıdan yığılmış DNT nümunələri sayəsində
əldə olunub. Genlərin necə çalışması anlayışı özü-özlüyündə tamamilə dəyişib. Bəzən
yüzlərlər gendə ilk baxışdan cüzi görünən kiçik dəyişiklik ciddi nəticələrə gətirib
çıxara bilər. Bu, nəinki hansı genetik kombinasiyaların müxtəlif xətsəliklərə gətirib
çıxaracağını, həmdə insanın gələcəkdə hansı qida düşkünlüyünə sahib olacağını təyin
etməyə yardımçı oldu. Startapın təsisçilərindən biri olan Stephen Hsu artıq
uzun illərdir ki, yüksək intellektuallı insanın yaradılması üçün süni genetik
seçimi təbliğ edir. 2014-cü ildən bəri apardığı tədqiqatda o, DNT analizin, uşağın
ağıl bacarıqlarını təyin edərək süni mayalanma üçün nəzərdə tutulmuş digər
embrionlardan fərqli olaraq IQ-sü 15 səviyyə daha yuxarı olan embrionun aşkar
edilməsi barəsində tam şəkildə məlumat verib.

Stephen Hsu-nun fikrincə
texnologiyaların növbəti inkişafı sayəsində hələ doğulmamış uşağın boyunun 3-4
santimetrə qədər, onun bacarıqlarını və hətta xarakterini tam dəqiqliklə təyin
etmək mümkün olacaq. Artıq indidən uşağın karlikliyini və 70 xaldan aşağı IQ səviyyəsini
təyin etmək mümkündür. Lakin qeyd etmək lazımdır ki, insanın inkişafına onun həyat
tərzi və mühiti genetikadan heç də az təsir etmir. Buna görə də alimlər sadəcə
olaraq uşağın 2 metr boya sahib olacağını söyləyə bilirlər. Bu o demək deyil
ki, o, gələcəkdə basketbol üzrə dünya çempionu olacaq. Təbii ki, çox nadir
hallarda yaranan xəstəlikləri öncədən təyin etmək üçün yetəri dərəcədə məlumatlar
yoxdur. Bununla yanaşı varolan DNT bazası asiyalılar və afrikalılar üçün
tamamilə faydasız ola bilər. Belə ki, onların DNT ardıcıllıqları Şimali Avropa
sakinlərindən tamamilə fərqlənir.

Lakin bu problem çox asanlıqla aradan
qaldırıla bilər. Sadəcə olaraq Afrika və Asiya sakinlərinin çoxlu sayda genetik
məlumat bazalarını yaratmaq laızmdır. Ən böyük məsələ etik normalar ilə
bağlıdır. Sözügedən startapın aparıcı alimlərindən olan Nathan Treff bununla
bağlı bu cür fikir bildirib: “Əgər mənim valideynlərim embrion seçimi imkanına
sahib olsaydılar, onda mən burda olmazdım. Çünki o halda bizim testimiz mənim
irsi xəstəliyə yönümlü olduğumu göstərəcəkdi. Mən 1-ci növ şəkər xəstəliyinə
sahibəm”. Lakin şəkər xəstəliyindən başqa Treff həmdə ciddi elmi nəşrlərdə 90-a
yaxın məqalələrə və diaqnostik texnologiyalar sahəsində mükafatlara sahibdir.
Kim bilir bəlkə də valideynlər, gələcəkdə böyük musiqiçi, alim və ya rəssam ola
biləcək nəzəri embrionlardan vaz keçərək öz gələcək övladlarını boy və göz rənglərinə
görə seçərək, dünyanı neçə-neçə dahi insanlardan məhrum edəcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
