main-post-cover

    Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    28.11.2021
    Emil Nəcəfov
        Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər. Söhbət, internet kabelləri ilə şəbəkə qüllələrinin quraşdırılmasının iqtisadi baxımdan sərfəli olmayan regionlardan gedir. Lakin heç də bütün dövlətlərin hökumətləri bu cür imkanı öz vətəndaşlarına təqdim etməyə can atmırlar. Bu cür dövlətlərə Hindistan da daxil olub. Hal hazırda SpaceX şirkətinin Starlink peyk interneti 21 ölkədə beta test formatında aktivdir. Lakin buna baxmayaraq şirkət Hindistanı tez zamanda peyk interneti ilə təmin etməyə çalışır.
        Belə ki, bu ölkədə çoxlu sayda kənd əhalisi yaşayır və onlar çox halda etibarlı və yüksək sürətli internet şəbəkəsinə ehtiyac duyurlar. Maraqlısı ondadır ki, Starlink üçün Hindistan üzrə ön sifarişlərin qəbulu çərçivəsində şirkət ümumilikdə 5000 qoşulma sorğusu əldə edib. Starlink-in Hindistan üzrə çöbəsi 1 noyabr tarixində qeydiyyatdan keçmişdi və daha sonra ön sifarişləri qəbul etməyə başlamışdı. Lakin buna baxmayaraq o, ölkədə peyk internetinin işə salınması üçün nəzərdə tutulmuş xüsusi icazəni hələ əldə etməmişdi.
        Beləliklə 1 aydan sonra Hindistan hökuməti Starlink-ə ön sifarişlərin yığılmasını və peyk interneti xidmətinin təqdim edilməsini qadağan edib. Məlumatda qeyd edilib ki, Hindistan dövləti bu qərarı servisin fəaliyyət üçün lisenziya əldə edəcəyi vaxta kimi qəbul edib. Hindistan həmçinin vətəndaşlara hal hazırki mərhələdə servisdə qeydiyyatdan keçməyi məsələhət görmür. SpaceX mövcud olan vəziyyətə fikir bildirməkdən imtina edib. Starlink-in Hindistanda nə zaman fəaliyyətə başlayacağı barəsində bir məlumat yoxdur. Lakin servis 2022-ci ilin sonuna kimi Hindistanda minimum 200.000 qoşulma sorğusu əldə edəcəyini planlaşdırır.
    Linki kopyala