main-post-cover

    Huawei bu il smartfon istehsalını 2 dəfə azaldacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    22.02.2021
    Farid Pardashunas
        ABŞ sanksiyaları səbəbilə Huawei şirkətinin işlərinin heç də yaxşı getmədikləri sirr deyil. Lakin buna baxmayaraq şirkət smartfon istehsalını davam etdirməyi düşünür və özünün mobil biznesinin satılmasından imtina edir. Bununla belə Huawei çətin zamanlara hazırlaşır. Bu barədə Nikkei saytı xəbər verib. Verilmiş məlumata əsasən şirkət öz istehsalçılarına bu ilki sifarişlərin saylarının aşağı salınacağı barəsində bildiriş göndərib. Belə ki, Huawei bu il ərzində cəmi 70-80 milyon smartfon üçün komponent istehsalını sifariş verməyi planlaşdırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2020-ci ildə şirkət 189 milyon smartfon satmışdı. Başqa sözlə desək, bu il smartfon satışlarının 60% aşağı düşəcəkləri gözlənilir. 2019-cu ildə isə Huawei 240 milyon smartfon satmışdı.
        Bundan əlavə olaraq şirkət öz smartfon seriyalarının sayını azaltmağı da nəzərdən keçirdir. Belə ki, ABŞ sanksiyaları səbəbilə şirkət 5G smartfonların istehsalında problemlər yaşayır. Buna görə də şirkət bu il əsas diqqəti 4G dəstəkli smartfonlara ayıracaq. Bu o demək deyil ki, 5G smartfonlar ümumiyyətlə satışa çıxarılmayacaq. Sadəcə olaraq bu məsələdə şirkət bir sıra çətinliklər ilə qarşılaşacaq. Analitiklərin fikirlərinə əsasən bu öz növbəsində smartfon istehsalını daha da aşağı sala bilər. Onlar düşünürlər ki, bu səbəbdən şirkət cəmi 50 milyon smartfon istehsal edə bilər. Şirkətin bu çətin vəziyyəti yaxın zamanda olduğu kimi qalsa, onun tərkibindən çıxıb müstəqil şirkətə çevrilmiş Honor tez bir zamanda Huawei şirkətini geridə qoya bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər