Huawei-dən sonra yeni dövr: Honor artıq Intel, Qualcomm və s. kimi şirkətlər ilə əməkdaşlıq bağlayıb

Huawei-dən sonra yeni dövr: Honor artıq Intel, Qualcomm və s. kimi şirkətlər ilə əməkdaşlıq bağlayıb

Startup və Biznes
25.01.2021 PAYLAŞIM

    Honor şirkətinin CEO-su yeni Honor V40 adlı flaqman smartfon modelinin təqdimatı çərçivəsində şirkətin hal hazırki iş prinsiplərindən və gələcək planlarından danışıb. Bu barədə 4pda saytı xəbər verib. Honor CEO-su bildirib ki, hal hazırda şirkətdə 8000-ə yaxın əməkdaş çalışır və onların 50%-i Honor-un tədqiqat şöbələrində yer alıb. Bununla yanaşı o əlavə edb ki, şirkət 5 tədqiqat şöbəsinə, bütün dünya üzrə 100 ədəd innovasiya mərkəzinə, 300-dən çox servis mərkəzinə və 82 ölkə ilə müxtəlif regionlarda 42 call center mərkəzinə sahibdir.

    Onun sözlərinə əsasən şirkət öz məhsullarının keyfiyyətlərini əvvəlki səviyyədə saxlamağa davam edəcək. Hər bir yeni məhsul 400-dən çox testdən və 20-dən çox qlobal sertifikatlaşdırma standartından keçəcək. Honor smartfonlarının Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışıb-çalışmayacaqları sualına cavab olaraq o qeyd edib ki, bu, HarmonyOS-in necə inkişaf edəcəyindən asılıdır. Buna baxmayaraq o bildirib ki, şirkətin smartfonları açıq mənbəli koda sahib əməliyyat sistemindən istifadə edəcəklər. Bununla yanaşı Honor CEO-su təsdiqləyib ki, şirkət AMD, Qualcomm, Samsung, Intel, MediaTek, Micron Technology, Microsoft, SK Hynix Sony kimi qlobal şirkətlər ilə artıq əməkdaşlıq bağlayıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin pote..


Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyas..

Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tut..


Spotify-ın şikayətləri nəticəsində Apple 27 milyard dollar dəyərində cərimələnə ..

Avropa komissiyasının ilkin nəticəsinə əsasən Apple şirkəti öz App Store platformasının üstünlükləri..


Kaliforniya 2045-ci ilə kimi neft hasilatını tamamilə dayandıracaq

Kaliforniya qubernatoru Gavin Newsom 2045-ci ilə kimi öz ştatında neft hasilatının tamam qadağan edi..


Böyük Britaniya Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa ..

Böyük Britaniya hökuməti Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa start verib..


Telegram-ın bazar dəyəri IPO nəticəsində Whatsapp-dan daha yüksək ola bilər..

Telegram IPO keçirtməyə hazırlaşır. Bu, artıq yaxın illərdə baş verməlidir.

×