Reklam
Huawei şirkəti tərtibatçılara güzəştli şərtlər təklif edir: Şərtlər nələrdir?

Huawei şirkəti tərtibatçılara güzəştli şərtlər təklif edir: Şərtlər nələrdir?

Startup və Biznes
15.07.2020 PAYLAŞIM

    Huawei şirkəti özünün AppGallery platformasını inkişaf etdirməkdə davam edir. Buna görə də şirkət tərtibatçılara güzəştli şərtlər təklif edir. Beləliklə startapların, digər təşəbbüslərin dəstəklənməsi və lokal informasiya bazarının stimullaşdırılması üçün şirkət birinci il ərzində tərtibatçılar tərəfindən əldə edilmiş gəlirlərdən heç bir faiz götürməyəcək.

    Beləliklə tərtibatçılar birinci il ərzində qazandıqları bütün vəsaitləri özlərində saxlaya biləcəklər. Bu qərar mobil oyunlardan başqa digər bütün tətbiqlərə aid edilir. Bu barədə Gagadget saytı xəbər verib. İkinci ildən başlayaraq isə təhsil sahəsində olan tətbiqlərin tərtibatçıları əldə etdikləri gəlirin 90%-ni, digər tətbiqlərin tərtibatçıları isə 85%-ni özlərində saxlaya biləcəklər.


    Mobil oyun tərtibatçılarına gəldikdə, onlara həm birinci həm də ikinci il üzrə gəlirin 85%-nin təqdim edilməsi söz verilib. Qeyd etmək lazımdır ki, Google Play App Store kimi böyük rəqiblərin fonunda bu çox müsbət bir qərardır. Huawei şirkətinin fikrincə bu üsul ilə monopoliyanı məhv etməklə yanaşı həmçinin mövcud olan rəqiblərin bazardakı mövqelərinə də təsir göstərmək olacaq

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×