Huawei smartfonlarında Snapdragon: Qualcomm şirkəti ABŞ-dan əməkdaşlıq lisenziyası istəyir

Huawei smartfonlarında Snapdragon: Qualcomm şirkəti ABŞ-dan əməkdaşlıq lisenziyası istəyir

Startup və Biznes
10.08.2020 PAYLAŞIM

    Qualcomm şirkəti ABŞ hökumətində Huawei şirkətinə qarşı olan sanksiyaların yumşaldılmasını lobbiləşdirir. Bu barədə The Wall Street Journal xəbər verib. Qualcomm çalışır ki, ABŞ hökuməti ona Huawei ilə əməkdaşlıq etməyə icazə versin. Qeyd etmək lazımdır ki, sanksiyalar səbəbilə ABŞ şirkətləri Huawei ilə əməkdaşlıq edə və ona öz texnologiyalarını sata bilməzlər. Qulcomm isə ümid edir ki, o yenə də Huawei şirkətinə 5G dəstəkli prosessorlar sata biləcək.

    Qualcomm təmsilçilərinin sözlərinə əsasən ABŞ hökuməti öz sanksiyaları ilə ABŞ şirkətlərinə böyük zərər verir. Belə ki, bu sanksiyalar Samsung MediaTek kimi şirkətlərə yol açır. Faktiki olaraq ABŞ hökuməti illik 8 milyard dollarlıq dövriyyəyə sahib bazara yolları bağlayır. Bu məsələ əvvəllər heç olmadığı kimi hal hazırda aktualdır. Belə ki, ABŞ sanksiyaları səbəbilə TSMC şirkəti artıq Kirin prosessorlarını istehsal edə bilməz.


    Buna görə də Huawei öz Kirin prosessorlarından imtina etməli olub. Sentyabr ayında təqdim olunması gözlənilən Mate 40 smartfon seriyası Kirin prosessorunu əldə edəcək son smartfon seriyası olacaq. Daha sonra isə Huawei smartfonlarında ya Samsung ya da MediaTek istehsalı prosessorlardan istifadə olunacaq. Buna görə də Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını almağa çalşır. Bunun baş verib-verməyəcəyi bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk, Starlink layihəsini ayrıca şirkətə çevirərək onu birjaya çıxardacaq..

Elon Musk, Starlink peyk interneti layihəsinin ayrıca ictimai şirkətə çevrilməsi ehtimalının olduğun..


Tesla şirkəti Nikola startapını Semi yük maşınının dizaynının oğurlanmasında gün..

ABŞ-ın Nikola adlı startapının fəaliyyətində çətin mərhələlər başlayıb. Hələ bir neçə müddət bundan ..


Intel şirkəti Huawei ilə əməkdaşlıq üçün ABŞ hökumətindən icazə lisenziyasını əl..

Keçən il ABŞ hökuməti Huawei şirkətini qara siyahıya daxil etmişdi. Bunun nəticəsində ABŞ şirkətləri..


Tesla Energy şirkəti hər il milyardlarla dollar gəlir əldə etmə potensialına doğ..

Piper Sandler investisiya bankının analitiklərinin fikirlərinə əsasən enerjinin saxlanması üzrə stas..


Avropa komissiyası böyük texnoloji şirkətlər üzərində nəzarəti gücləndirəcək..

Avropa komissiyası Google, Facebook, Amazon və Apple kimi böyük rəqəmsal şirkətlər üzərində idarəni ..


Aerotaksi startaplarından biri öz uçan taksilər vasitəsilə uçuş qiymətini açıqla..

Almaniyanın Volocopter adlı aviasiya startapı dəfələrlə uçan taksi və hava üzrə yük daşımaları sahəl..

×