main-post-cover

    Hyundai şirkəti Apple ilə əməkdaşlıq məsələsi üzrə rəsmi açıqlama verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    09.02.2021
    Farid Pardashunas
        Elektromobil istehsalı məsələsində Hyundai Kia şirkətlərinin Apple ilə danışıqlar apardıqları üzrə ortaya çıxmış məlumatlara cavab olaraq sözügedən avtomobil istehsalçıları rəsmi bəyanat veriblər. Onlar bildiriblər ki, Apple ilə danışıqlar aparmırlar və yaxın zamanda Apple elektromobilini gözləməyə ehtiyac yoxdur. Bu barədə Bloomberg saytı xəbər verib. Hələ bir neçə müddət bundan öncə öncə Hyundai bildirmişdi ki, o, Apple Car istehsalında aparıcı partnyor rolunda çıxış edə bilər. Daha sonra Hyundai təmsilçiləri bildirmişdilər ki, avtonom sistemli nəqliyyat növünün yaradılması məsələsi Apple tərəfindən bir neçə istehsalçı ilə müzakirə olunur.
        Lakin bu məsələdə hələ heç bir dəqiq məlumat yoxdur. Hətta məlumatlar yayılmışdı ki, Apple şirkəti Kia Motors-a 3.6 milyard dollar investisiya yatırmağa hazırdır. Lakin Bloomberg-in məlumatına əsasən Hyundai şirkətinin bu cür rəsmi bəyanat verməsindən sonra Apple onunla danışıqları dayandırıb. Rəsmi bəyanatın verilməsindən sonra Hyundai şirkətinin səhmlərinin qiyməti 8.4%, Kia Motors-un səhmlərinin qiyməti isə 15.3% aşağı düşüb. Beləliklə Apple Car layihəsinin aqibəti hələ sual altında qalır. Bir sıra insayderlər xəbər veriblər ki, Apple bu məsələdə 6 avtomobil istehsalçısı ilə danışıqlar aparır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər