main-post-cover

    İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana bilərlər?

    17.06.2019
    Farid Pardashunas
        İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? Xüsusilə bu ölkələrdən olan sahibkarların texnologiyada uğur qazanması üçün həqiqətən qarşısında baryerlər varmı? Mövzu texnologiya və xüsusilə texnologiya üzərindən yaradılan sahibkarlıq olanda bütün baryerlər aradan qalxır. Bunu tam qəti şəkildə deyə bilmərik amma bir şey həqiqətdir ki, texnologiya limit və baryer tanımır. Əgər sən onu çata bilirsənsə, onun vasitəsilə inkişaf edə və yayıla da bilərsən. Hələ 2 gün əvvəl GoldenPay şirkətinin təsisçisi Fərid İsmayılzadənin Entrepreneur.com saytında çox maraqlı bir məqaləsi yayımlandı. Bu məqalədə qarşıya qoyulan sual da elə məhz bu mövzu idi. İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana bilərlər? Startap ekosisteminin Forbes-u sayılan bu saytda dərc edilən həmyerlimizin məqaləsini doğma dildə sizə tərcümə etdik:
        Əgər siz kiçik və ya inkişaf etməkdə olan ölkədə yaşayırsınızsa, heç vaxt uğurlu texnoloji şirkət qura bilməyəcəyinizi asanlıqla düşünə bilərsiniz. Özünüzü inandıra biləcəyiniz iki aşılmaz maneə, texnoloji inkişafa nail ola bilmək üçün mütəxəssislərin və konseptdən bazara çıxarılması üçün lazım olacaq məhsula ayrılacaq vəsaitin olmamasıdır. Amma mən öz vətənim olan – 10 milyon əhalisi olan Azərbaycanda inkişaf edən texnologiya biznesi qurdum – siz də edə bilərsiniz.
        Mən sadəcə vətəndə deyil, həmçinin qlobal səviyyədə texnoloji uğur üçün 3 sadə mərhələli plan hazırladım:
    1. İnkişaf etmiş ölkələrdə eynilə gördüyünüz kimi bir texnoloji biznes qurun.
    2. Biznesini yerli kütlənin tələbinə uyğun olaraq böyüdün.
    3. Öz texnoloji biznesinizi qlobal problemi həll edərək lokal səviyyədən beynəlxalq səviyyəyə daşıyın.
        Mən həmişə texnologiya biznesinə başlamaq istəyirdim, amma texnologiyaya heyran qalmağıma rəğmən mühəndis və ya elektronik düha deyildim. Mən 2006-cı ildə ABŞ-da və digər inkişaf etmiş ölkələrdə gördüyüm onlayn ödəmə sistemini Azərbaycana gətirməklə başladım.
        O dönəm insanlar mənə rişxənd edirdilər. Azərbaycan nağd pul ölkəsi idi. Onlar deyirdi ki, onlayn elektron ödəniş sistemini yaratmaq pulu çölə atmaq deməkdir. Amma mənim vətəndaşlarım Goldenpay adlandırdığım servisin rahatlıq və sürətini gördükdə ona bağlandılar - əvvəldə yavaş, daha sonra isə sürətlə. Bu gün onlayn ödəniş əməliyyatlarının 70% -i GoldenPay-də həyata keçirilir və biz də inkişaf etməyə davam edirik.
        Mən GoldenPay`in uğurlu olmasına yeni texnologiya olmadan nail oldum. Mən sadəcə başqa yerdə gördüyüm texnologiyanı istifadə etdim. Kiçik və ya inkişaf etməkdə olan ölkələrin digər şirkətləri isə növbəti mərhələni – özlərinin biznesini yerli kütlənin tələbinə uyğun olaraq böyükdərək uğura nail oldular.
        Buna misal olaraq Çinin paltaryuyan maşın istehsalçısı Haieri göstərmək olar. Şirkət işçiləri kənd ərazilərinə gəldiyi zaman təəccübləndilər ki, şirkətin paltaryuyan maşınlarından istifadə edən müştərilər, maşınlardan paltar yumaqla yanaşı tərəvəz təmizləmək üçün də istifadə edirlər. Şirkət maşınları həm tərəvəz, həm də çamaşır yumaq üçün dəyişdi və tezliklə Haier Çinin kənd ərazilərində ən çox satılan marka oldu.
        Uqanda provayderi Fenix, kəndlərdə yaşayan afrikalıların elektrik və ya digər mənbələrdən uzaq yaşadıqları üçün telefonlarını şarj edə bilmədiyinin fərqinə vardı. Fürsətdən istifadə edən Fenix, satışları tezliklə yüksələn günəş enerjili mobil şarj cihazını yaratdı. Şirkət öz məhsullarını daha da məhşurlaşdırmaq üçün, müştərilərdən əvvəlcə böyük miqdarlarda ödəmə tələb etmək əvəzinə, yalnız istifadə etdikləri zaman ödəmə imkanı yaratdı. Yerli bazarları yaxından tanıyan və gözlənilməz ehtiyacları təmin edən texnologiyaları dəyişərək Haier və Fenix böyük maliyyəli texnologiya yaratmadan öz işlərini böyütdülər.
        Yaxşı deyək ki, yuxarıda qeyd etdiyim hər iki addımı atdınız: Mövcud texnologiyanı öz kiçik və ya inkişaf etməkdə olan ölkənizə gətirməklə uğurlu texnoloji biznes qurdunuz və bu biznesi yerli kütlənin tələbatına uyğun olaraq böyütdünüz.
        Sonra? Kiçik və ya inkişaf etməkdə olan ölkədə bir texnoloji sahibkar öz biznesini illik 50 milyon dollarlıq mərhələdən 1 milyard dollarlıq mərhələyə yüksəldə bilərmi?
        Cavab: Bəli, amma yerli tələbdən daha çox qlobal səviyyədə diqqət yetirməklə.
        Ortağımla birlikdə bir texnoloji məhsulu qlobal səviyyəyə gətirmə cəhdim, bir insanın sinəsində və belində yerləşən Lia adlandırılan geynilə bilən bir alətdir. Cihazın çiyin hissəsindəki iki sensor, istifadəçiyə belindəki əyilmənin qarşısını almaq üçün duruşunu düzəltməsini xatırladır.
        Niyə Lia qlobal texnologiya məhsulu olma potensialına sahibdir? Çünki bel ağrısı dünya miqyasında bir problemdir.
        Statistikaya baxın. Hər 10 nəfərdən 8 nəfərin həyatında bel ağrıları var. Amerikalılar müalicə üçün ildə 50 milyard dollar xərcləyirlər. Və onun dolayı xərcləri - işdən ayrılan vaxt məsələn - ildə təxminən 150 milyard dollar qiymətləndirilir. Lia ilə inkişaf etdirdiyimiz texnologiya raket elmi deyil. Ancaq böyük qlobal ehtiyacı qarşılaya bilər.
        Bu, bir çox insanın eşitmədiyi ölkədən olan bir insan üçün məmnunedici olardı – kim ki, ona təkbaşına nəinki qlobal səviyyədə, hətta vətəndə texnoloji uğur qazana bilməyəcəyi söylənmişdi.
    Linki kopyala