İnsayderlər: Məşhur prosessor istehsalçısı Huawei ilə əməkdaşlıq üçün ABŞ-dan icazə əldə edib

İnsayderlər: Məşhur prosessor istehsalçısı Huawei ilə əməkdaşlıq üçün ABŞ-dan icazə əldə edib

Startup və Biznes
11.11.2020 PAYLAŞIM

    ABŞ hökuməti Huawei şirkətinə qarşı yeni sanksiyalar tətbiq edəndən sonra Huawei öz smartfonlarında fərdi Kirin prosessorlarının istifadəsindən məhrum olmuşdu. İnsayderlərin verdikləri yeni məlumata əsasən Huawei şirkəti Qualcomm ilə əməkdaşlığa start verəcək. Məlumatda qeyd edilib ki, Qualcomm bu istiqamətdə ABŞ hökumətindən icazə lisenziyası əldə edib. Bu barədə Gizmochina saytı xəbər verib. Çinin kütləvi informasiya vasitələri bildiriblər ki, Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün ABŞ hökumətindən icazə lisenziyasını əldə edə bilib.

    Məlumatda qeyd olunub ki, Huawei şirkətinin PMate seriyalarının yeni smartfonları Snapdragon prosessorları ilə təchiz olunacaqlar. Onu da qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını həmçinin Intel, AMD, Samsung Display Sony şirkətləri də əldə etmişdilər. Bu ilin sentyabr ayında TSMC şirkəti Huawei üçün Kirin prosessorlarının istehsalın dayandırmışdı. Belə ki, həmin Kirin prosessorlarının istehsalında TSMC şirkəti ABŞ texnologiyalarından istifadə edirdi.


    Hələ bu ilin avqust ayında Huawei Consumer Business-in rəhbəri Richard Yu bildirmişdi ki, Mate 40 seriyası Kirin prosessorlarını əldə edəcək son smartfon seriyası ola bilər. Gözləntilərə əsasən gələn il təqdim olunacaq Huawei P50 smartfon seriyası Snapdragon 875 prosessoru ilə təchiz olunacaq. Hal hazırda aktual olan Mate 40 seriyasına gəldikdə isə dekabr ayında Snapdragon 875 prosessoru təqdim olunandan sonra Huawei onu Qualcomm platformasına keçirdə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti iPhone istifadəçilərini aldatmaqda günahlandırılaraq külli miqdard..

iPhone 7-dən başlayaraq Apple şirkəti öz smatfonlarını suya qarşı dözümlü edir. Beləliklə şirkət öz ..


Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə döv..

Böyük Britaniya hökuməti Apple, Google, Amazon və Facebook kimi böyük texnoloji şirkətlərin nizamlan..


Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıq..

Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq ü..


ABŞ hökuməti Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa hazırla..

Federal orqanlar və ABŞ ştatlarının hökumətləri Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qal..


Apple şirkəti kiçik biznes tərtibatçıları üçün App Store komissiyasını 30%-dən a..

Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App Store platformasını sərt şəkildə..


MediaTek şirkəti Intel biznesinin vacib şöbəsini 85 milyon dollara alır: Səbəb n..

Mobil prosessorların istehsalı ilə məşğul olan MediaTek şirkəti Intel-in Enpirion Power Solutions ad..

×