main-post-cover

    iPhone 12 modellərinin qutularından şarj cihazını çıxartmaqla Apple nə qədər vəsaitə qənaət edib?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    11.01.2021
    Farid Pardashunas
        iPhone 12 modellərinin satışa çıxması ilə Apple şirkəti öz smartfonlarının qutularına qulaqlıq ilə şarj cihazının yerləşdirilməsindən imtina edib. Lakin bir çoxlarını maraqlandıran sual ondan ibarətdir ki, bu vasitə ilə şirkət nə qədər vəsaitə qənaət edib? Bu sualın cavabını Counterpoint Research şirkəti verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə mütəxəssislərin hesablamalarına əsasən əvvəllər qutularda olmuş həmin aksessuarların qiymətlərini nəzərə almaqla hər bir iPhone 12 iPhone 11 ilə müqayisədə 4.2$ daha ucuzdur.
        İlk baxışdan 4$-ın elə də böyük məbləğ olmadığı fikri yarana bilər. Lakin ümumi göstəricidə çox böyük ədəd alınır. iPhone 12 seriyasına daxil olan smartfonların 63 milyon ədəd istehsal olunmasını nəzərə almaqla Apple ümumilikdə təqribən 264 milyon dollar qənaət edib. Apple şirkətinin öz istifadəçiləri arasında keçirtdiyi sorğular və ətraf mühitin qorunması tendensiyasının daha da məşhurlaşması səbəbilə analitiklər güman edirlər ki, yaxın gələcəkdə Apple öz smartfonlarından hətta şarj naqilini də yığışdıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər