İtaliyanın antimonopoliya xidməti Amazon şirkətini 1.13 milyard avro dəyərində cərimələyib

İtaliyanın antimonopoliya xidməti Amazon şirkətini 1.13 milyard avro dəyərində cərimələyib

Startup və Biznes
10.12.2021 PAYLAŞIM

    İtaliyanın antimonopoliya xidməti ABŞ-ın Amazon şirkətini 1.13 milyard avro dəyərində cərimələyib. Səbəb isə Amazon-un bazardakı vəziyyətindən sui-istifadə etməsi olub. Antimonopoliya xidməti tərəfindən təqdim edilmiş məlumata əsasən Amazon şirkəti İtaliya bazarında tam hegemonluq mövqeyinə sahibdir və şirkət bundan istifadə edərək özünün Fulfillment by Amazon (FBA) adlı servisini İtaliyada irəli çəkir. Antimonopoliya xidmətinin fikrinə əsasən digər şirkətlərin Amazon platformasında bəzi üstünlükləri əldə etmələri üçün şirkət onları FBA servisindən istifadəyə məcbur edir.

    Digər şirkətlərin əldə etdikləri üstünlüklər dedikdə onların Prime proqramında, müxtəlif endirim və digər kampaniyalarda iştirak etmələri imkanından söhbət gedir. Bu üsul ilə Amazon kənar satıcıların FBA servisi ilə idarə olunmayan təkliflərin Prime proqramı ilə əlaqələndirmələrinə imkan vermir. Antimonopoliya xidməti düşünür ki, bu funksiya satıcının Amazon platformasında uğur qazanmasına yardımçı olan həlledici faktor rolunu oynayır. Məlumatda qeyd edilib ki, Amazon FBA servisindən istifadə etməyən satıcılara daha sərt davranır.


    Bundan əlavə olaraq təyin edilib ki, Amazon şirkətinin logistik xidmətlərindən istifadə edən satıcılara fərdi məhsulların digər platformalarda təklif edilməsi məsləhət görülmür. Antimonopoliya xidməti təyin edilmiş cərimənin miqdarına aydınlıq gətirən zaman qeyd edib ki, Amazon-un bu cür qərarları xüsusilə ciddi səviyyədə qəbul edilib. Bundan əlavə olaraq şirkətin bu cür siyasətinin potensial nəticələri də nəzərə alınıb. Təyin edilmiş cərimədən əlavə olaraq antimonopoliya xidməti Amazon-dan tələb edir ki, o, FBA servisindən istifadə edənlər və etməyənlər üçün eyni şərtləri yaratsın.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel smartfonlarının ABŞ-da satışlarına qadağa qoyulub

Google şirkətinin Pixel smartfonları çox maraqlı vəziyyətlə qarşı-qarşıya qalıblar.


Xiaomi özünün Black Shark brendini sata bilər

Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi özünün Black Shark smartfon brendini sata bilər...


Xiaomi 2024-cü ilə kimi dünyanın nömrə 1 smartfon istehsalçısına çevrilməyi plan..

Xiaomi şirkəti 28 dekabr tarixində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni məhsullarında..


TikTok moderatorları sosial şəbəkəni məhkəməyə veriblər

Məşhur TikTok sosial şəbəkəsinin moderatorları servisin özünü və onun sahibi olan ByteDance şirkətin..


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..

×