
Britaniyanın ən böyük avtomobil istehsalçısı olan “Jaguar Land Rover”, Uber-in rəqibi Lyft-ə 25 milyon dollar investisiya yatırdı.
İnvestisiyadan əlavə olaraq “Jaguar
Land Rover” şirkəti, sözügedən taksi servisi üçün avtomobillər parkı təşkil edəcək
və ona pilotsuz avtomobil yaratmaq da köməklik edəcək. Maliyyələşdirmə prosesi,
“Jaguar Land Rover” şirkəti tərəfindən keçən il yaradılmış və nəqliyyat
texnologiyalarına dəstək olan InMotion Ventures şöbəsi vasitəsilə həyata
keçirilib. Şirkət düşünür ki, uzunmüddətli perspektivdə böyük şəhərlərdə
avtomobilə sahiblənmək tələbatı azalacaq. Belə ki, insanlar ənənəvi avtomobil istifadəsindən səyahət üçün bundan
yalnız xidmət kimi istifadəyə keçid edir. Lyft-ə yatırılmış bu investisiya,
Uber ilə rəqabətdə digər avtomobil istehsalçıları tərəfindən dəstəyi əks
etdirir. Lyft hal hazırda yalnız ABŞ-da fəaliyyət göstərir və ilin sonuna kimi
bu taksi xidmətinin ABŞ-ın daha 300 şəhərində aktiv olacağı planlaşdırılır. Məlumata
əsasən son zamanlar Uber-in başına gələn uğursuzluqların fonunda onun rəqibi yeni
müştərilər və tərəfdaşlar əldə etməyə nail olub.
Şərh yoxdur