main-post-cover

    Jeff Bezos Amazon şirkətinin CEO vəzifəsindən ayrılacağını elan edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    03.02.2021
    Farid Pardashunas
        Dünyanın ən bahalı şirkətləri reytinqində ilk üçlüyə daxil olan Amazon-un yaradıcısı Jeff Bezos şirkətin CEO vəzifəsindən ayrılacağını elan edib. Bu barədə Axios saytı xəbər verib. Jeff Bezos-un sözlərinə əsasən şirkətin yeni CEO vəzifəsində çalışacaq şəxs artıq seçilsə də o hələ təqaüdə çıxmağı planlaşdırmır. Məlumata əsasən Jeff Bezos CEO vəzifəsindən ayrılandan sonra o, Amazon-un icraçı sədri vəzifəsinə keçid edəcək. Faktiki olaraq şirkətdə əsas baş adam Bezos olaraq qalacaq. Amazon-un yeni CEO-su isə hal hazırda Amazon Web Services (AWB) şöbəsinin rəhbəri Andy Jassy olacaq.
        O bu ilin üçüncü rübündə şirkətin CEO vəzifəsinə keçəcək. Andy Jassy 2016-cı ildən AWB-ya rəhbərlik edir. Keçən il bu şöbənin gətirdiyi ümumi gəlir 13.5 milyard dollar olmuşdu. Amazon-un yaradıcısı Jeff Bezos-a gəldikdə isə o, əlavə vaxtını digər layihələrinə sərf etmək niyyətindədir. Söhbət, Day 1 Fund, The Bezos Earth Fund, Blue OriginThe Washington Post layihələrindən gedir. Qeyd etmək lazımdır ki, Jeff Bezos Amazon şirkətini 1994-cü ildə təsis edib. İlk öncə bu şirkət kitabların satışı ilə məşğul olurdu. Daha sonra isə o öz biznesini daha da genişləndirdi. Hal hazırda Amazon-un bazar dəyəri 1.6 trilyon dollar təşkil edir. Bezos isə dünyanın ən varlı şəxsi hesab edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər