Joe Biden ABŞ-da İT şirkətlərin monopoliyalarını məhdudlaşdırmaq göstərişini verib

Joe Biden ABŞ-da İT şirkətlərin monopoliyalarını məhdudlaşdırmaq göstərişini verib

Startup və Biznes
12.07.2021 PAYLAŞIM

    ABŞ prezidentinin administrasiyası iqtisadiyyatdakı rəqabəti yüksəltməyə təşviq edəcək göstərişi təqdim edib. Joe Biden həmin göstərişi 9 iyul tarixində imzalayıb. Sözügedən göstərişdə kənd təsərrüfatını, səhiyyə sahəsini, bankları və texnoloji şirkətləri əhatə edən 70 təşəbbüs mövcuddur. ABŞ hökumətinin fikrincə həmin təşəbbüslər qiymətlərin aşağı düşməsinə, işçilərin maaşlarının yüksəlməsinə səbəb olacaq və innovasiyaların ortaya çıxması ilə iqtisadi artımın yüksəlməsinə gətirib çıxaracaqlar. Hazırlanmış sənəd həmçinin İT şirkətlər tərəfindən istifadə olunan qeyri-rəqabətçil praktikaların məhdudlaşdırılmasını da nəzərdə tutur. Məlumata əsasən sənəddəki bu hissə Google, Amazon, Facebook Apple şirkətlərinə qarşı yönləndirilib. Göstərişə əsasən aşağıdakı öhdəliklər yerinə yetirilməlidir:

- Şirkətlərin birləşmələri və ya bir şirkətin digərini alması üzrə olan müqavilələr üzərində nəzarət gücləndirilməlidir. Bazarda üstünlüyə sahib platformalardan və mümkün rəqiblərin alınmasından söhbət getdikdə bu nəzarət daha güclü olmalıdır. Sənəddə qeyd olunub ki, son 10 il ərzində böyük texnoloji şirkətlər yarana biləcək təhlükəni aradan qaldırmaq üçün öz rəqbilərini alıblar


- Özəl məlumatların yığılması və onlara nəzarət olunması məsələsində yeni qaydalar irəli sürülməlidir. Belə ki, şirkətlər istifadəçilərdən olduqca çox məlumat yığırlar. Bəzi şirkətlərin biznes modelləri isə məhz məlumatların yığılmasından asılıdırlar

- Vicdansız rəqabət prosesini məhdudlaşdıracaq qaydalar təyin olunmalıdır. Sənədə əsasən böyük platformalar bazarda üstünlüklərə sahibdirlər. Məsələn onlar kiçik mağazalardan məlumatarı yığa və onları öz mənfəətlərində istifadə edə bilərlər. Bununla yanaşı onlar yığılmış məlumatlardan istifadə edərək öz məhsullarını və ya servislərini irəli çəkə bilərlər

- Elektron məhsulların istehsalçılarının öz məhsullarının kənar yerlərdə təmir olunmasını qadağan etmələrinin qarşısını almaq üçün qanun yaradılmalıdır. Hal hazırda şirkətlər öz məhsullarının kənar yerlərdə təmir olunmalarını məhdudlaşdırırlar. Bu isə öz növbəsində təmir prosesinin qiymətini qaldırır və təmir üçün lazım olan komponentlərin yayılmasının qarşısını alır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsal..

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hes..


Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

Fransa hökumətinin antimonopoliya orqanı Google şirkətini 500 milyon avro dəyərində cərimələyib. ..


Google şirkəti tərtibatçılar üçün olan komissiya haqqını yaxın günlərdə 15%-ə en..

Bu ilin mart ayında Google şirkəti söz vermişdi ki, o, tərtibatçılar üçün nəzərdə tutulmuş 30%-lik k..


OnePlus şirkəti OPPO-nun sub-brendinə çevrilib

OnePlus şirkətinin CEO-su Pete Lau keçən həftə elan etmişdi ki, OnePlus şirkəti OPPO ilə daha sıx əm..


Xiaomi şirkəti özünün film studiyasını yaradıb

Xiaomi şirkəti öz məhsullarının geniş müxtəlifliyi ilə məşhurdur.


Apple şirkətinin fərdi tətbiqləri öncədən iPhone-lara quraşdırmasına qadağa qoyu..

Bloomberg-in verdiyi məlumata əsasən ABŞ hökuməti Apple şirkətinə fərdi tətbiqlərə sahib smartfonlar..

×