main-post-cover

    Joe Biden Çinin süni zəka ilə bağlı şirkətlərinə investisiyaların yatırılmasını məhdudlaşdıracaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.08.2023
    Emil Nəcəfov
        ABŞ prezidenti Joe Biden Çinin süni zəka, kvant hesablamaları və yarımkeçiricilərin istehsalı ilə məşğul olan müəyyən növ texnoloji şirkətlərinə ABŞ investisiyalarının yatırılmasını məhdudlaşdıracaq göstərişi imzalayıb. Ağ Ev bildirib ki, bu qərar ABŞ-ın milli təhlükəsizliyinə ciddi riskləri özlərində birləşdirən texnoloji şirkətlərin və təşkilatların maliyyələşdirilmələrinin qadağan edilməsinə hədəflənib.
        Joe Biden-ın bu yeni göstərişi ABŞ maliyyə naziri tərəfindən reallaşdırılacaq. Yeni qərar 2024-cü ildə qüvvəyə minəcək. Qeyd etmək lazımdır ki, bu, ABŞ-ın son illər ərzində Çinin texnoloji şirkətlərinin məhdudlaşdırılması istiqamətində atmış olduğu ilk addım deyil. Hələ bir neçə müddət bundan öncə Ağ Ev Çindəki şirkətlərə superkompüter texnologiyalarının satışlarını qadağan etmişdi. Huawei isə artıq bir neçə ildir ki, ABŞ-ın sərt sanksiyaları altındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər