
Joe Biden-in administrasiyası Huawei şirkətini ABŞ texnologiyalarından tamamilə məhrum etmək istəyir
Startup və Biznes
03.03.2023
Emil
Milli təhlükəsizlik səbəbilə təyin edilmiş texnoloji məhdudiyyətlərin daha da sərtləşdirilməsi çərçivəsində ABŞ prezidenti Joe Biden-ın administrasiyası Çinin Huwei şirkətinə müxtəlif növ çipləri satan ABŞ şirkətlərindən eksport lisenziyalarının geri alınması imkanını nəzərdən keçirdir. Bu, ABŞ ilə Çin arasındakı münasibətlərin gərginləşməsi fonunda baş verir. Məlumatda qeyd edilib ki, Biden administrasiyası Huawei şirkətinin smartfonları və digər cihazları üçün aparıcı texnologiyaları özlərində birləşdirən müxətlif növ çipləri satan Qualcomm və Intel kimi şirkətlərə heç bir eksport lisenziyasının təqdim edilməməsini müzakirə edir.
“Huawei şirkətinə eksportu mümkün edən siyasət aradan qaldırılır” - deyə ABŞ təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı qeyd edib. Bundan əlavə olaraq ABŞ hökuməti müəyyən şirkətlərə daha öncə verilmiş eksport lisenziyalarının da geri alınmasını planlaşdırır. Mövcud eksport lisenziyalarının geri alınması öz növbəsində ABŞ-ın yerli çip istehsalçılarına ciddi təsir göstərə bilər. Çiplərin istehsalı ilə məşğul olan şirkətlərin sözlərinə əsasən bu cür məhdudiyyət ABŞ sənayesinə ciddi təsir göstərəcək. Belə ki, eksport lisenziyalarının geri alınması öz növbəsində yerli şirkətlərin yeni tədqiqatlarının maliyyələşdirilməsini dayandıracaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
