Jurnalistlərin olmadıqları halda dünyanın aparıcı mediaları ilə rəqabət aparan JXPress adlı startap
Tech-Biznes
Startup və Biznes
e-ticaret
28.05.2018
Emil Nəcəfov
Məşhur Bloomberg saytı FastAlert
ödənişli abunəlik özəlliyini özündə birləşdirən xəbər servisi ilə pulsuz xəbərlər
aqreqatoru NewsDigest-dən ibarət olan JXPress media startapı haqqında məlumat verib. Baxmayaraq
bu startapda bir dənə də olsun müxbir çalışmır və onun komandası yalnız mühəndis
və tərtibatçılardan ibarətdir, o artıq dünyanın aparıcı kütləvi informasiya
vasitələri ilə rəqabət aparır. Bu rəqabət siyahısına həmçinin Bloomberg-in özü
də daxildir.
JXPress, sosial şəbəkələr ilə süni zəka texnologiyasının birləşməsidir.
Startapın təsisçisi Katsuhiro Yoneshige və onun komandası sosial şəbəkələrdə xəbərlərin
axtarışı və onların əsasında hesabatların hazırlanmasında machine learning
texnologiyasından istifadə edən xüsusi texnologiya hazırlayıblar. Bütün
sadalanmış proses yerinə yetiriləndən sonra xəbərlərin bir hissəsi jurnalistlər
üçün nəzərdə tutulmuş FastAlert servisinə və ya NewsDigest tətbiqi vasitəsilə
istənilən istifadəçiyə göndərilir.
Bu cür üsulun yüksək operativliyinə nümunıə
kimi mütəxəssislər KXDR-ın (Koreya Xalq Demokratik Respublikası) liderinin
böyük oğlu Kim Jong Nam-ın ölüm xəbərini gətirirlər. O, 13 Fevral 2017-ci il
tarixində qətlə yetirilmişdi. Bu xəbəri Yaponiyanın böyük media agentlikləri
tez bir zamanda əldə edə bilməmişdilər. Bu barədə ilk xəbəri isə məhz JXPress
startapı vermişdi. Bununla belə xəbərin iri miqyasına baxmayaraq o bu xəbəri öz
rəqiblərindən yarım saat tez vermişdi. JXPress-in təsisçisi Katsuhiro
Yoneshige-nin sözlərinə görə FastAlert saxta xəbərlərin 99%-ni filtrdən keçirdə
bilir.
Buna misal olaraq o, 2016-cı ilin Aprel ayında Yaponiyanın cənub-qərb
hissəsində baş vermiş zəlzələ hadisəsini gətirib. Həmin hadisədən sonra sosial
şəbəkələrdə bir pələngin fotoları yayılmışdı. İnformasiya agentlikləri xəbər verirdilər
ki, həmin pələng zəlzələ nəticəsində zooparkdan qaçaraq şəhərdə gəzirmiş. Lakin
süni zəka tez bir zamanda anladı ki, həmin foto 2013-cü ilə aiddir və o, Cənubi
Afrikada çəkilib. Hal hazırda JXPress özünün NewsDigest tətbiqi sayəsində iki dəfə
daha çox gəlir əldə edir. 25 May tarixində NewsDigest tətbiqi Yaponiyanın ən məşhur
xəbər tətbiqləri kateqoriyasında App Store-da 8-ci yeri tutmuşdu.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!