'Lala ilə yarış' - Azəbaycanın bot əsaslı rəqəmsal nümunəsi olaraq 0 xəta ilə çalışdı (Statistikalar)

19.01.2018 0 PAYLAŞIM 5856 OXUNMA

    Son illərin trend mövzularından biri olan çatbotlar əslində süni zəkaların ən sadə nümunələridir. Bir çatbot düşünün, hansı ki, insanlarla danışa bilir, onlara məlumat verir və yaxud da onların istəklərini yerinə yetirir. Bundan əlavə olaraq təkmilləşdirilmiş bot müxtəlif "messenger" platformalarında insanlardan məlumat (data) əldə edir. Söhbət “data” dan gedirsə, bu mövzu kifayət qədər ciddidir.

Bəs botlarla nələr mümkündür? Yeni istifadəyə verdiyimiz Lala adlı bot bir ay ərzində nələrə nail oldu?

    Lala adı ilə işə başlayan bot hələlik "Technote Facebook səhifəsini" idarə edir və "messenger" üzərindən gələn sorğuları cavablayır. İşə başlayandan bir neçə gün sonra Lala kifayət qədər insanlarla münasibətdə oldu və yeni insanlarla tanış olaraq, sorğular qəbul etdi. Biz Lalanı daha çox kütləyə tanıtmaq və hədəf kütləmizi bundan xəbərdar etmək üçün Yenil il ərəfəsində yarış keçirməyi qərara aldıq.

    Son olaraq keçirdiyimiz yarışmada, Azərbaycan bazarı üçün fərqli bir strategiya yaratdıq. Adətən bu postu "share" edin, dostunuzu "tag" edin kimi mövzularda yox, birbaşa çatbot vasitəsilə insanların yarışıb hədiyyə qazanacağı bir alqoritm (sadə dildə desək məntiq) hazırladıq. Yarış qaydaları sadə idi. Siz Lala ilə "messenger" üzərindən danışırsınız və onun sizə verdiyi 7 sualı cavablayırsınız. Hədəf kütləmizi nəzərə alıb, bizə lazım olan kütləyə çatmaq üçün hədiyyə olaraq orijinal "windows 10" açarları təqdim edirdik. Düz 10 ədəd açar yarışma üçün ayrıldı.

Yarış bitsə də, buradan Lala-ya, "yarışa başla" yazıb, strukturu test edə bilərsiniz.

     Yarışın büdcəsi təqdirbən 1000$ -dan çox idi. Yanaşma sadə idi, əgər istifadəçi orijinal "windows"un nə olduğunu bilirsə, deməli bizim kütləyə uyğundur, ən azından yaxındır. Əlavə olaraq yarışmada istifadə olunan 7 sualı texnoloji etdik. Gündəlik saytımızda yayımlanan və hədəfimizə uyğun olan məlumatlardan hazırlanmış suallardan ibarət bir yeddilik. Beləcə, Lala ilə yarışan hər bir şəxs nə udacağını bilir və ən əsası yarışan zaman nələrisə öyrənirdi. Bu isə, yarışı oynayan istifadəçinin şüuraltına əslində "Technote"da nədən danışıldığını və nələrin olduğunu həkk edirdi.

     Yeni ilin ən yaxşı qar qızı olmaq iddiası ilə “Lala ilə yarış” başlığı altında reklama çıxan bu yarışda 2003 oyunçu iştirak etdi. Oyunçulara qoyulan əsas şərtlərdən biri verilən 7 sualın sonunda Lala tərəfindən təqdim olunan nəticəni bir dostuna göndərməsi idi. Biz bunun üçün "messenger" üzərindən “share” funksiyasını əlavə etdik. Beləliklə, yarışı başa vuran 1219 istifadəçi öz nəticəsini dostu ilə bölüşdü.    Lala yalnız bu halda nəticələri qəbul edəcəkdi. İşin alqoritmik tərəfi isə arxa planda dayanırdı. Bütün suallar 1 bal dəyərində idi və əsas yerləşdirmə 6-cı sualda idi. 6-cı mərhələdə oyunçuları belə bir sual qarşılayırdı.    Bu əslində bizim yerləşdirdiyimiz “pruduct placement” idi. Və birbaşa bizim imic reklamı olaraq yerləşdirilmişdi. Cavab təbii ki, "hamısında" idi. 7 sualı başa vuran iştirakçının bütün məlumatları Lala tərəfindən əldə edilirdi. Təbii ki, bizim istəyimizlə Lala, istifadəçidən ad, soyad, topladığı xal, "messenger ID" və profil şəkilini əldə edir, əldə olunmuş məlumatı bizə e-mail olaraq göndərirdi. Təyin etdiyimiz filtirləmə ilə isə 7 sualı düz tapan şəxslərin bütün məlumatları “export” edilirdi. Bu proses təmamilə avtomatlaşdırılmış bir şəkildə baş verirdi və insan əməyi 0 idi. Bütün əmrləri doğru yerinə yetirən Lala işində 0 xəta etdi və heç bir məlumat itkisi olmadan istifadəçi məlumatlarını əldə edə bildik.    İşin ən maraqlı hissəsi isə 31 Dekabr tarixində baş tutdu. Həmin tarixə qədər 1387 nəfərlə danışan və bu insanların məlumat bazasına sahib olan Lala, yeni ilin ən maraqlı təbrikini göndərdi. Lala bu mesajı bütün insanlara öz adı ilə müraciət edərək ünvanladı. Adi insanlardan fərqli olaraq "copy-paste" etmirdi. Mesajı alan minlərlə insan Lalaya cavab ünvanlamağa başladı və səhifənin ismarıc qutusunda yaranan sürətlənmə göz qamaşdırırdı.

 

via GIPHY

    Nəticələr inanılmaz idi. Lala 1387 nəfərin hər birinə bu ismarışı çatdırmışdı. Mesaj 94% oxunma göstəricisinə sahib idi və yerləşdirilmiş linkə daxil olma faizi 44% olmuşdu.    Qalibləri müəyyən etmək üçün birinci mərhələnin sonunda Lala-nın əsas işi 7 sualı doğru cavablayan insanları sıralamaq idi. Filtirləmə vasitəsilə Lala bunu bacardı və 201 nəfər potensial qalib seçildi. Seçilmiş qalibləri təyin etmək üçün isə Facebook Səhifəsində canlı yayım olunacaqdı. Lala bu dəfə təsadüfi seçimlə 203 qalib arasından 10 ədəd şanslı olananı seçməli idi. Yayım günü gəldi və Lala canlı yayıma qoşuldu. Canlı yayımın gedişatının ilk saniyələrində yayımı cəmi 23 nəfər izləyirdi. Bunu bir növ bəyənməyən Lala, etdiyi ən yaxşı işi təkrarladı. Məlumat bazasına sahib olduğu yarış iştirakçıların hər birinə canlı yayımın linkini göndərərək aşağıdakı mesajı yönləndirdi:

"Salam Farid, Canlı yayımda qalibləri seçirəm. Tez gəl bax: https://www.facebook.com/technote.az/videos/1470045443094138/ "

    Cəmi 23 saniyə sona nəticələr tərsinə dəyişdi və Lalanın seçimini 262 nəfər canlı izləyirdi. “Engagement” səviyyəsinin çox yüksək olduğu bu yayımı 720p keyfiyyətində idi. Sonradan yayıma qoşulan və linkə keçid edən istifadəçilər ilə birlikdə bu yayım 2300 nəfər tərəfindən izləndi. Bu isə Lalanın məlumatlarına sahib olduğu insanlar idi.

    Bu rəqəmsal keys ilk nöqtəsindən son nöqtəsinə qədər botla idarə olunurdu. Lala yarışda iştirak edənləri qarabaqara izləyirdi. Digər "Facebook" yarışlarında postu paylaşanların adətən nə etdiklərindən və sonradan yarışın nəticələrindən xəbərləri olmur. Bundan fərqli olaraq Lala bütün iştirakçıların datasına sahib idi və istədiyi an onları məlumatlandıra bilirdi. Lala hal-hazırda inkişaf mərhələsindədir və "Technote" üçün çalışır. Biz onun inkşafı üçün kifayət qədər büdcə ayırmışıq. Təkcə Lalanın bir reklam kampaniyasına 100 dollar xərclənmişdi. Yeni aydan etibarən isə Lalanın inkişafı üçün 2 nəfər real insan çalışacaq. Onlar Lalaya yeni vicdan, həyasızlıq və sevgi hisslərini aşılamağa çalışacaqlar.