LG-nin mobil biznesinin potensial alıcısı barədə məlumat ortaya çıxıb

LG-nin mobil biznesinin potensial alıcısı barədə məlumat ortaya çıxıb

Startup və Biznes
22.01.2021 PAYLAŞIM

    Bir neçə gün bundan öncə LG Electronics-in CEO-su Kwon Bong-Seok bildirmişdi ki, şirkət mobil biznesdən gedə bilər. İndi isə internetdə LG-nin mobil biznesinin potensial alıcısı barəsində məlumat ortaya çıxıb. Bu barədə Business Korea saytı xəbər verib. Verilmiş yeni məlumata əsasən LG öz mobil biznesini Vyetnamın VinGroup adlı konqlomeratına sata bilər. Məlumatda qeyd edilib ki, VinGroup öz növbəsində LG şirkətinə maraqlı təklif edib və nəticədə şirkət həmin təklifi qəbul edəcək.

    Qeyd etmək lazımdır ki, VinGroup, Samsung Electronics OPPO-dan sonra ölkədə üçüncü ən böyük smartfon istehsalçısıdır. LG uzun müddətdir ki, VinGroup ilə əməkdaşlıq edir. Belə ki, VinGroup, LG-nin bir sıra smartfon modelləri üçün ODM (Original Design Manufacturer) istehsalçı qismində çıxış edir. LG-nin mobil biznesi artıq 23 rübdür ki, mənfiyə işləyr. Şirkət bu vəziyyəti qeyri adi dizayna sahib müxtəlif smartfonları istehsal etməklə düzəltməyə çalışmışdı. Lakin həmin smartfonlar nəticədə şirkətə uğur gətirə bilmədilər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk barəsində yeni istintaqa start verilib

ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) Elon Musk-ın Dogecoin adlı kriptovalyuta ..


TikTok-un sahibi ABŞ-dakı məhkəmə prosesinin nizamlanması üçün təzminat ödəyəcək..

TikTok servisinin sahibi olan ByteDance şirkəti ABŞ-dakı kollektiv məhkəmə ittihamının nizamlanması ..


Huawei bu il smartfon istehsalını 2 dəfə azaldacaq

ABŞ sanksiyaları səbəbilə Huawei şirkətinin işlərinin heç də yaxşı getmədikləri sirr deyil. ..


ByteDance şirkəti TikTok-un ABŞ biznesinin satılmasından imtina edib

Çinin ByteDance şirkəti TikTok servisinin ABŞ biznesinin satılması planından imtina edib.


OnePlus həmtəsisçisinin yeni şirkəti Android-in yaradıcısının Essential smartfon..

OnePlus-ın yaradıcılarından biri olan və şirkəti artıq tərk etmiş Carl Pei keçən həftə özünün Nothin..


Böyük texnoloji şirkətlər Nvidia-nın ARM-i almasının ləğv edilməsini istəyirlər..

Keçən ilin sentyabr ayında Nvidia şirkəti dünyanın ən böyük mobil prosessor yaradıcısı olan ARM-i 40..

×