LG rəsmi şəkildə öz mobil biznesinin bağlandığını elan edib

LG rəsmi şəkildə öz mobil biznesinin bağlandığını elan edib

Startup və Biznes
05.04.2021 PAYLAŞIM

    LG Electronics şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan edib. Bazarda olan sərt rəqabət və satışların aşağı düşməsi səbəbilə şirkət yeni smartfonların istehsalının dayandırılması qərarını verib. Beləliklə şirkətin verdiyi rəsmi məlumata əsasən yeni smartfonların istehsalı prosesi 31 iyul tarixində dayandırılacaq. Bununla belə şirkət daha öncədən satılmış smartfonların servis və proqram təminatı xidmətlərini təqdim etməyə davam edəcək. Şirkət həmçinin bildirib o, servis mərkəzləri tərəfindən cihazların təmiri üçün istifadə ediləcək yetəri qədər komponentə sahibdir.

    Mütəxəssislərin verdikləri məlumata əsasən LG-nin mobil biznesi 2015-ci ilin ikinci rübündən başlayaraq mənfiyə çalışır. Keçən il LG-nin bu şöbəsinin gəlir itkisi 4.4 milyard dollar təşkil etmişdi. Counterpoint Research analitik şirkətinin verdiyi məlumata əsasən şirkətin mobil biznesi 2%-lik bazar payı ilə smartfon istehsalçıları reytinqində 9-cu yeri tutmuşdu. Şirkət ümumilikdə keçən il 24.7 milyon smartfon istehsal etmişdi. Bu isə 2019-cu ildəki göstəricidən 13% aşağıdır. Gözləntilərə əsasən LG yaxın zamanda məişət texnikasının və smart evlər üçün cihazların istehsalına öz diqqətini ayıracaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunu..

Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qal..


Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keç..

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil..


Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi K..

Cənubi Koreya Google və Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. ..


Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyaları yumşaltmağ..

Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin ..

×